Accessibility links

Breaking News

ABŞ sudanlı terrorçunun azad edilməsini pisləyir


Birləşmiş Ştatlar Sudan hakimiyyətinin qlobal terrorçu Əbdel-Rauf Əbuzeidin azad edilməsi ilə bağlı birtərəfli qərarını qətiyyətlə pisləyib.

Əbuzeid digərləri ilə birlikdə 2008-ci ildə Xartumda USAİD əməkdaşları olan ABŞ diplomatı Con Qranvil və Sudan vətəndaşı Əbdelrəhman Abbasın öldürülməsinə görə məhkum edilib.

Con Qranvil terror aktında güllələnəndə 33 yaşında idi. O, Sudanda uzun sürən vətəndaş müharibəsinə son qoyan mühüm sülh sazişini dəstəkləmək məqsədi ilə USAID üçün demokratiya və idarəetmə proqramları üzərində işləyirdi. 39 yaşlı Əbdelrahman Abbas Darfurda USAİD-in Fəlakətlərə Yardım Qrupunun ilk üzvlərindən biri olub.

Əbuzeid qətllərdə iştirak etdiyinə görə mühakimə olunaraq ölüm cəzasına məhkum edilmişdi. 2023-cü ilin yanvar ayının 30-da Sudanın Ali Məhkəməsi onu azadlığa buraxıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: "Sudanlıların Qranvil ailəsinin onları bağışladığı iddiası yalandır. Sudan hökumətini bu qərarı ləğv etmək və Əbuzeidi yenidən həbs etmək üçün bütün mövcud qanuni vasitələrdən istifadə etməyə çağırırıq".

USAİD-in administratoru Samanta Pauer yazılı açıqlamada "Con və Əbdelrahmanın qatilinin sərbəst buraxılmasına səbəb olan hüquqi proseslə bağlı şəffaflığın olmaması, eləcə də ABŞ-Sudan məhkəmələrinin 2020-ci ildə ikitərəfli həllini təmsil etdiyi iddiası qəbuledilməzdir. Əbuzeidin bağışlanması yanlışlıqdır. Biz tam hesabatlılıq üçün səy göstərməkdə davam edəcəyik və mən və bütün USAID ailəsi Con və Abdelrahmanın ailələrinə dərin hüznlə başsağlığı veririk, çünki onlar öz yaxınlarını öldürməkdən aldığı travmadan kədərlənməyə davam edirlər. Biz Con və Əbdülrəhmanın xatirəsini ehtiramla yad etməyə çalışarkən və onların qətllərinə görə ədalət axtararkən Sudan xalqına və onların sülhsevər demokratik millətə olan istəklərinə sadiq qalırıq".

Dövlət Departamentinin sözçüsü Prays bildirib ki, Birləşmiş Ştatlar Sudan rəsmiləri ilə ən yüksək səviyyədə əlaqə saxlamaqda davam edir və bu mühüm məsələ ilə bağlı tədbir görülməsini tələb edir.

"ABŞ vətəndaşlarının və xaricdəki səfirlik işçilərinin təhlükəsizliyi bu administrasiyanın ən yüksək prioriteti olaraq qalır. Biz geri çəkilməyəcəyik" - deyə, Prays bildirib.

XS
SM
MD
LG