Accessibility links

Breaking News

NATO Ukraynada müharibəyə qarşı birlik nümayiş etdirməkdədir


ABŞ-ın NATO-dakı səfiri Culian Smit
ABŞ-ın NATO-dakı səfiri Culian Smit

ABŞ-ın NATO-dakı səfiri Culian Smit bu yaxınlarda verdiyi müsahibədə deyib ki, alyans bu gün olduqca güclü, bəlkə də indiyə qədər olduğundan daha güclüdür.

"Bizim alyansın tarixində elə bir məqam mövcuddur ki, NATO ərazisindən çox uzaqda alyans müharibə ilə üzləşib. Lakin müttəfiqlərin son bir ildə bir araya gəlməsi heyrətamizdir".

Səfir Smitin sözlərinə görə, müttəfiqlər müdafiələrini bir neçə yolla aktivləşdirib.

"Müttəfiqlər ilk növbədə NATO-nun şərq cinahını gücləndirmək üçün bir araya gəldilər ki, Şərqi Avropadakı üzvlər hazırda özlərini təhlükəsiz hiss etmək üçün lazım olan hər şeyə malik olsunlar. İkincisi, ayrı-ayrı müttəfiqlər Ukrayna xalqını və Ukrayna silahlı qüvvələrini dəstəkləmək üçün bir araya gəldilər. Üçüncüsü, transatlantik müttəfiqlər Moskvaya maksimum təzyiq göstərmək üçün səylərini birləşdirir. NATO-nun Ukraynaya dəstəyi Rusiyanın bu müharibəyə başladığı gün olduğu kimi güclüdür", səfir Smit deyib.

"Düşünürəm ki, bəzi insanlar, xüsusən də prezident Putin gözləyirdi ki, Qərbin Ukraynaya dəstəyi və ya NATO-nun Ukraynaya dəstəyi bir yolla sona çatacaq. Amma bu, qətiyyən belə deyil. Yalnız son günlər müttəfiqlər Ukraynaya güclü dəstəyini təkrarlamaq və təsdiqləmək üçün bir araya gəliblər. Müttəfiqlər fundamental olaraq təhlükənin nə olduğunu başa düşürlər. Onlar başa düşürlər ki, Ukrayna silahlı qüvvələri təkcə öz əraziləri uğrunda vuruşmur, həm də NATO müttəfiqləri üçün mühüm olan və onların özlərinin qorumaq istədiyi dəyərləri müdafiə edir," o bildirib.

"Mən Alyansın birliyinin pozulması əlamətlərini görmürəm. Mən NATO müttəfiqlərinin ayrılmaq istədiyini görmürəm. Əksinə, gördüyüm budur ki, bu işdə müttəfiqlər nə qədər lazımdırsa həm Ukrayna xalqını, həm də Ukrayna ərazisinin suverenliyini müdafiə edən Ukrayna daxilindəki silahlı qüvvələri dəstəkləməkdə davam edəcəklər" - deyə, səfir Smit əlavə edib.

XS
SM
MD
LG