Accessibility links

Breaking News

Üç nəfər İran əsilli amerikalının qətli məqsədilə sui-qəsddə ittiham edilib


Məhkəmə zalında çəkilmiş bu eskizdə Rafət Əmirovun ABŞ vətəndaşı olan jurnalist və fəala qarşı Tehranın dəstəklədiyi sui-qəsd cəhdində iştirakına görə sifarişlə qətl və çirkli pulların yuyulması ittihamı ilə Nyu York məhkəməsində mühakimə olunduğu göstərilir, 27 yanvar, 2023.
Məhkəmə zalında çəkilmiş bu eskizdə Rafət Əmirovun ABŞ vətəndaşı olan jurnalist və fəala qarşı Tehranın dəstəklədiyi sui-qəsd cəhdində iştirakına görə sifarişlə qətl və çirkli pulların yuyulması ittihamı ilə Nyu York məhkəməsində mühakimə olunduğu göstərilir, 27 yanvar, 2023.

Birləşmiş Ştatlar hökuməti Amerika vətəndaşlarının hüquqlarını yararsız rejimlərin düşmənçiliyindən qorumaq əzmindədir. Bu qətiyyət Ədliyyə Nazirliyi rəsmilərinin bu yaxınlarda Nyu-Yorkda bir insan haqları müdafiəçisi və İran əsilli ABŞ vətəndaşını qətlə yetirməyi planlaşdıran üç şəxsə qarşı ittiham elan etməsi ilə nümayiş olunub.

Yanvarın 27-də ittihamnamədə adı çəkilməsə də, iranlı amerikalı jurnalist və İran rejimini və onun insan haqları pozuntularını açıq şəkildə tənqid edən Məsih Əlinejad sonradan sui-qəsdin hədəfi kimi tanınıb.

ABŞ Ədliyyə Nazirliyinin rəsmiləri Şərqi Avropada İranla əlaqəli cinayət qrupuna mənsub üç kişini çirkli pulların yuyulmasında və pul müqabilində adam öldürməkdə ittiham edib.

Hər üç müttəhim - qətli törətməkdə şübhəli bilinən Nyu-Yorkdan Xalid Mehdiyev, eləcə də onunla sui-qəsddə iştirak edən iranlı Rafət Əmirov və Çexiya və Sloveniyadan Polad Ömərov hazırda nəzarət altındadırlar.

Baş prokurorun müavini Lisa Monako mətbuat konfransında deyib: "Biz getdikcə milli təhlükəsizlik və cinayət təhdidlərinin qarışdığını görürük, çünki yaramaz ölkələr və cinayətkar təşkilatlar ümumi iş görür və qabiliyyətlərini paylaşırlar. Kritik infrastrukturu hədəf alan qəsbçi qruplarından tutmuş sanksiyalardan yayınma vasitəçilərinə qədər bu cinayətkarlar düşmənlərimizi cəsarətləndirir və milli təhlükəsizliyimizi təhdid edir".

Məsih Əlinejad ilk dəfə deyil ki, cinayət planının hədəfinə çevrilir.

Baş prokuror Merrik Qarlandın qeyd etdiyi kimi "2021-ci ildə biz bir İran kəşfiyyatçısını və üç İran agentini susdurmaq və çox ehtimal ki, edam etmək üçün İrana təhvil vermək üçün ABŞ daxilindən onu qaçırmaq planı hazırlamaqda ittiham etmişik".

Əlinejad əvvəllər özünü həmin qəsdin hədəfi kimi göstərmişdi. Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan verdiyi açıqlamada sui-qəsd cəhdinin "dünyada fundamental hüquq və azadlıqlar uğrunda mübarizə aparan fəalları öldürmək, işgəncə vermək və onları susdurmaq üçün İran hökumətinin himayə etdiyi səylərin narahatedici nümunəsini izləyir" deyib.

"Biz bu döyüşkən və cinayətkar davranışa dözməyəcəyik. İnsan haqları və qadın hüquqları uğrunda səslərini susdurmağa çalışanları məsuliyyətə cəlb edəcəyik" - deyə, Baş prokurorunun müavini Monako bildirib.

Birləşmiş Ştatların Baş prokuroru Qarland elan edib: "Amerika xalqının təhlükəsizliyini təhlükəyə atanları müəyyən etmək, tapmaq və məsuliyyətə cəlb etmək yolunda bizi heç bir şey dayandırmayacaq".

XS
SM
MD
LG