Accessibility links

Breaking News

ABŞ öz qüvvələrini qoruyacaq


Birləşmiş Ştatlar Suriyanın şimal-şərqi koalisiya bazası yaxınlığında bir amerikalı podratçının ölümünə, beş ABŞ hərbçisinin və daha bir ABŞ podratçısının yaralanmasına səbəb olan ölümcül pilotsuz təyyarə hücumundan sonra Suriyada İrana bağlı qruplara qarşı hava hücumları həyata keçirib.

Prezident Co Baydenin göstərişi ilə ABŞ Mərkəzi Komandanlığı qüvvələri martın 23-də pilotsuz təyyarə hücumuna (və İranın dəstəklədiyi qüvvələrin bir neçə sonrakı hücumlarına) İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qrupların istifadə etdiyi obyektlərə dəqiq zərbələr endirib.

Ottavada keçirdiyi mətbuat brifinqində prezident Bayden açıq bir mesaj göndərib: "Səhvə yol verməyin. Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, mən vurğulayıram, amma bizim xalqımızı qorumaq üçün güclə hərəkət etməyimizə hazır olun".

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder Mərkəzi Komandanlıq qüvvələrinin dəqiq zərbələrinin "ABŞ personalını qorumaq və müdafiə etmək məqsədi daşıdığını və ABŞ-ın eskalasiya riskini məhdudlaşdırmaq və itkiləri minimuma endirmək üçün mütənasib və düşünülmüş addımlar atdığını" deyib.

Martın 23-də Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə verdiyi ifadədə ABŞ qüvvələrinə və obyektlərinə ən son hücumlardan əvvəl baş vermiş ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl "Erik" Kurilla İranın dəstəklədiyi qüvvələrin Suriyada Amerika qoşunlarına hücum etdiyini bildirib.

2021-ci ilin əvvəlindən başlayaraq ABŞ qüvvələri İraq və Suriyada 78 dəfə hücuma məruz qalıb.

"İran rejimi hazırda regionda ən böyük və ən bacarıqlı pilotsuz uçuş aparatına sahibdir. Bu, ya İHA-lar, ya da raketlərdir ki, İraq və ya Suriyadakı qüvvələrimizə hücum edə bilsin " - deyə, Kurilla bildirib.

ABŞ-ın Suriyada İŞİD-in davamlı məğlubiyyətini təmin etmək üçün təxminən 900 ABŞ əsgəri var.

"Təəssüf ki, bu vəziyyətdə İranın dəstəklədiyi bu qruplar təkcə Suriyada deyil, Hörmüz boğazında, Körfəzdə və İraqda əməliyyatlar apararaq, terror və qeyri-sabitliyi ixrac etmək məqsədi daşıyan sabitliyi pozan əməliyyatlar həyata keçirirlər"- deyə, Briqada generalı Rayder bildirib.

"Birləşmiş Ştatlar, koalisiyamız, tərəfdaşlarımız və müttəfiqlərimiz bu regionlarda sabitliyi, təhlükəsizliyi təmin etməyə çalışırlar və bu, bizim diqqətimizdə olacaq. Biz daha geniş münaqişə axtarmırıq. Bu, xalqımıza təhdid olsa, müvafiq və mütənasib şəkildə cavab verməkdə davam edəcəyik" - deyə o əlavə edib.

XS
SM
MD
LG