Accessibility links

Breaking News

Media azadlığı demokratiyanın təməl daşıdır


Bu yaxınlarda USAID-in Administratoru Samanta Pauer bildirib ki, 19-cu əsr fransız diplomatı, siyasi filosof və tarixçi Aleksis de Tokvil "media bizim sivilizasiyanı necə qoruyub saxlamağımızdır," deyib. O bunun yüksək tərif olduğunu və medianın "əvəzedilməz olduğunu" vurğuladığını əlavə edib.

"Müstəqil media hazırda ekzistensial problemlərlə üzləşir: onlardan biri avtokratların birbaşa hücumudur. Avtokratlar müstəqil medianı hədəf alır, çünki informasiya bizə güc verir. Bu, onların dediyi kimi, problem deyil, bu, repressiv idarəçiliyin xüsusiyyətidir. İnsanlar istər işğala müqavimət göstərsinlər, istər korrupsioner liderləri islahatçılarla əvəz etmək üçün kampaniya aparsınlar, istərsə də iqlim dəyişikliyi ilə məşğul olsunlar - kollektiv fəaliyyət həqiqətən də qarşımızda duran problemləri və imkanları kollektiv şəkildə dərk etmədən başlaya bilməz," Pauer bildirib.

"Önəmli olan və bəlkə də daha az diqqət çəkən məqam ondan ibarətdir ki, Freedom House" araşdırma qrupu tərəfindən izlənilən "insan hüquqları və vətəndaş azadlıqları ilə bağlı bütün azalan göstəricilər arasında media azadlığı və ifadə azadlığı daha da azalıb," Pauer qeyd edib.

O deyib ki, son 17 ildə Freedom House araşdırma qrupu tərəfindən izlənilən media azadlığı göstəricisi üzrə dörd baldan sıfır bal toplayan ölkələrin sayı iki dəfədən çox artaraq, 14-dən 33-ə qalxıb.

"Və yenə də bu, 17 il azadlığın tənəzzülü ilə üst-üstə düşür. Vəziyyətə nəzarət etməyə çalışan nüfuzlu insanlar həqiqəti boğmaq üçün qeyri-dəqiq məlumatlar yayır, jurnalistləri susdurur. Müstəqil mediaya qarşı ikinci ekzistensial problem sürətlə dəyişən media mühiti nəticəsində yaranan maliyyə böhranıdır".

Samanta Pauer bildirib ki, Birləşmiş Ştatlar "bu iki fərqli problemi üzə çıxarmaq və onların həlli üçün alətlər hazırlamaq üçün digər demokratik ölkələrlə əməkdaşlıq edir".

Birincisi, USAİD Microsoft, Internews kimi təşkilatlarla əməkdaşlıq edərək, kiçik media şirkətlərinin onlayn abunə sisteminə keçməsinə yardım məqsədi ilə dövlət-özəl tərəfdaşlığa başlayır. Bundan əlavə, üçün uzun sürən məhkəmə proseslərindən istifadə edərək kiçik, maliyyələşdirilməmiş, müstəqil media orqanlarını işdən çıxaran korrupsioner və repressiv aktyorlar var. Bu cür nəşrlərin özlərini müdafiə etmələrinə və hətta hücuma məruz qaldıqda belə nəşrlərini davam etdirmələrinə kömək etmək üçün USAID və onun tərəfdaşları tənqidi susdurmaq məqsədi daşıyan hüquqi təhdidlərdən müxbirləri və QHT-ləri müdafiə etmək məqsədi daşıyan birləşmiş ictimai sığorta fondu olan Reportyorlar Qalxanını təsis edib.

Pauer deyib: "Mən bu fürsətdən marağı olan hər kəsi iştirak və ya qoşulmaq üçün fəaliyyətə çağırış kimi istifadə etmək istəyirəm".

XS
SM
MD
LG