4 aprel 2023-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının yaradılmasının 74-cü ildönümündə Finlandiya NATO-nun 31-ci müttəfiqi olub.
Keçən ilin mayında Rusiyanın Ukraynaya səbəbsiz və qəddar işğalından sonra Finlandiya qonşusu İsveçlə birlikdə uzun müddət davam edən hərbi bloklara qoşulmamaq siyasətindən əl çəkərək NATO-ya üzv olmaq üçün müraciət edib.Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken Finlandiyanın rəsmi üzvlüyünü təsdiq edən sənədləri qəbul edərək, Finlandiyanın NATO-ya daxil olmasını alqışlayıb. O, bu günü tarixi adlandırıb.
“Demək istərdim ki, bəlkə də cənab Putinə təşəkkür edə biləcəyimiz yeganə şey budur, çünki burada o, Rusiyanın təcavüzü ilə qarşısını almaq istədiyini bir daha sürətləndirdi və bir çox ölkələri daha çox şey etməli olduqlarına və öz müdafiələrinə diqqət yetirərək gələcəkdə Rusiyanın potensial təcavüzünün qarşısını ala biləcəlmələrinə əmin olmalarına inandırdı” - deyə, dövlət katibi Blinken bildirib.
Prezident Co Bayden də Finlandiyanı NATO-nun 31-ci müttəfiqi kimi səmimiyyətlə qarşılayıb və Finlandiyanın müasir tarixdə ən sürətli proselərdən biri kimi NATO-ya daxil olmasını qeyd edib.
“Putin Ukrayna xalqına qarşı amansız və təcavüzkar müharibəyə başlayanda o, Avropa və NATO-nu bölə biləcəyini düşünürdü. Amma səhv edirdi. Bu gün biz həmişəkindən daha birləşmiş durumdayıq” - deyə, prezident Bayden bildirib.
Prezident Bayden qeyd edib ki, həm Finlandiya, həm də İsveç “dəyərlərimizi və dünyaya baxışımızı bölüşən qabiliyyətli hərbi qüvvələrə malik güclü demokratiyalardır”. O, Türkiyə və Macarıstanı İsveç üçün ratifikasiya prosesini gecikdirmədən başa çatdırmağa çağırıb.
NATO 70 ildən artıqdır ki, Avropada sülhün və sabitliyin qorunmasına yardım edir. Prezident Baydenin dediyi kimi “Birlikdə - ən yeni müttəfiqimiz Finlandiyanın dəstəyi ilə - biz transatlantik təhlükəsizliyi qorumaq, NATO ərazisinin hər qarışını müdafiə etmək və üzləşdiyimiz bütün çağırışlara cavab verməkdə davam edəcəyik”.