Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinin daha az nəzərə çarpan yan təsirlərindən bəziləri onun qlobal ətraf mühitin çirkləndirilməsidir. Müharibənin Ukrayna üçün ekzistensial təhlükəsi şübhə yaratmasa da, bu, ətraf mühitin deqradasiyasını artırır və gələcəkdə qlobal ətraf mühitə təsir edə biləcək böyük problemlər yaradır.
Londonda yerləşən müstəqil siyasət institutu Chatham House-un məlumatına görə, müharibə bilavasitə döyüşlərin ilk yeddi ayı ərzində atmosferə 100 milyon ton karbonun buraxılmasına səbəb olub.
Eyni zamanda, Ukraynada geniş meşələrin kəsilməsi və nəzarətsiz meşə yanğınları atmosferə böyük miqdarda karbon qazı buraxıb. Ukraynanın bərpa olunan enerji sistemlərinə dəyən ziyan gələcək karbon sekvestrasiyasına ciddi ziyan vurub.
Dövlət katibinin okeanlar və beynəlxalq ətraf mühit və elmi məsələlər üzrə köməkçisi Monika Medina deyib: “Ukraynadakı müharibə ətraf mühitə dəhşətli təsir göstərir. Bir çox ölkə üçün dəniz səviyyəsinin qalxmasının və ya Pakistanda gördüyümüz kimi nəhəng daşqınların, Afrikanın şimal hissəsində yaşadıqları quraqlığın və ya bizim vətənimizdə yaşadığımız quraqlığın və iqlim dəyişikliyinin dağıdıcı təsirləri var”.
“Rusiyanın Ukrayna xalqına qarşı dəhşətli müharibə nəticəsində Ukrayna hökumətinin üzləşdiyi ekoloji problemlərin öhdəsindən gəlməyə kömək etməyə çalışdığımız zaman biz həmçinin dağıntılardan zərər çəkmiş insanlara yardım etməyə çalışırıq” - deyə, Dövlət katibinin köməkçisi Madina bildirib.
Vladimir Putinin Ukraynaya qarşı müharibəsi iqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının təsirlərini gücləndirməkdə davam edəcək və gələcək illər ərzində buna qlobal reaksiyanı çətinləşdirəcək.
“Biz bütün dünyada bu ekoloji problemləri həll etmək üçün birlikdə işləməli olduğumuz barədə böyük razılığa gəlmişik, çünki biz onları təkbaşına həll edə bilmərik. Bunlar qlobal problemlərdir”, dövlət katibinin köməkçisi Madina vurğulayıb.
“[Biz] uşaqlarımızın və nəvələrimizin sağlam planetə sahib olmasını təmin etmək üçün bu böyük ekoloji problemlərin həllində irəliləməkdə davam edəcəyik.”