Birləşmiş Ştatlar İranda küfr ittihamları ilə edam cəzasına məhkum edilmiş iki nəfərin cəzasının icrasını pisləyir.
Mayın 8-də Yusuf Mehrdad və Sadrollah Fazeli Zare İranın mərkəzi Ərak həbsxanasında edam edilib. Onlar 2020-ci ilin may ayında Telegram mesajlaşma proqramında "Xurafat və Dinin Tənqidi" kanalını işlətdiklərinə görə həbs edilmişdilər.
İran məhkəmə sisteminin rəsmi xəbər agentliyi olan Mizan-ın məlumatına görə, onlar "Peyğəmbəri təhqir, dini və İslami müqəddəsliklərə hörmətsizlik etməkdə" təqsirli bilinib.
ABŞ mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib ki, "bu son edamlar İran rejiminin İran xalqının insan haqlarını pozmaq meylinin ciddi bir xatırlatmasıdır. Bütün küfr qanunları dünya miqyasında, o cümlədən İranda insan hüquqlarının pozulması olaraq qalır".
ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıqlarla bağlı son illik hesabatında qeyd olunub ki, çoxsaylı beynəlxalq insan haqları QHT-ləri və media hesabatlarına görə, [İran] hökuməti müxalifləri, siyasi islahatçıları və dinc nümayişçiləri "Allaha düşmənçilik" və "anti-islam təbliğatı" ittihamı ilə məhkum və edam edib.
Mayın 9-da BMT-nin İnsan Haqları üzrə rəhbəri Volker Türk İranda 2023-cü ildə artıq baş vermiş qorxulu sayda edamlardan narahat olduğunu bildirib: “Bu il orta hesabla hər həftə 10-dan çox adam edam edilib. Bu, İranı dünyanın ən yüksək edam icraçılarından birinə çevirib.
Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Mehrdad və Zarenin edamlarından danışdıqdan sonra ABŞ-ın İranın dəhşətli insan haqları pozuntularına görə İran rəsmiləri və qurumlarına qarşı tətbiq etdiyi sanksiyalara işarə edib.
"Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımıza uyğun olaraq, İran rejimini insan haqları sahəsində kobud pozuntularına görə məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görməkdə davam edəcək" - deyə, o bildirib.