Accessibility links

Breaking News

Rusiya tərəfindən deportasiya edilən ukraynalı uşaqların xilası


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bu yaxınlarda Rusiya hakimiyyətinin ukraynalı uşaqların zorla deportasiyası ilə bağlı iddiaları araşdıran hesabat yayıb.

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi səfir Maykl Karpenter deyib: “Ukraynada Rusiya qüvvələri tərəfindən çox sayda dəhşətli cinayətlər törədilib, lakin uşaqların öz ailələrindən ayrılması “ən iyrəncidir. Düşünürəm ki, heç bir hökumətin uşaqlara qarşı cinayət törətməsi və bir dövlətin digər dövlətin ərazisini ələ keçirməsinə zəmin yaratmaq üçün onların milli kimliyini silmək məqsədi ilə bunu etmək sadəcə olaraq vicdansızlıqdır”.

2014-cü ildən bəri Rusiya Ukrayna əhalisini zorla köçürmək üçün daha geniş səy göstərir və 24 fevral 2022-ci il tarixli genişmiqyaslı işğaldan əvvəl başlayan prosesdə mindən çox uşağın Krımdan aparılıb.

“Hesabatda qeyd olunur ki, bu uşaqlar Sibirə və Rusiyanın uzaq şərqinə göndərilib. Ukraynadan minlərlə uşağın aparıldığı halda, bu il aprelin 23-nə olan məlumata görə, yalnız 361 uşaq Ukraynaya qaytarılıb. Bu, minlərlə ailənin hələ də Rusiya hakimiyyəti tərəfindən parçalanmasına və minlərlə uşağın travmaya məruz qalmasına səbəb olur”, səfir Larpenter deyib.

Karpenter bildirib ki, bu uşaqların ailələrindən və baxıcılarından götürülməsinin bir neçə yolu var: “Bir yol odur ki, onlar filtrasiya deyilən proses zamanı Rusiya hakimiyyəti tərəfindən valideynlərindən və ya qəyyumlarından zorla ayrılırlar. Valideynlər saxlanılıb filtrasiya düşərgələrinə göndərildikdə, uşaqlar çox vaxt müxtəlif təcridxanalara göndərilir. Rusiyanın açıq desək, ukraynalı uşaqları ailələrindən oğurlamasının başqa bir yolu, işğal altında olan Krım kimi yerlərdə, eləcə də Rusiya və Belarusiyadakı uşaq düşərgələrinə bütün xərcləri ödənilən səyahətlər təklif etməkdir. Övladlığa götürülən uşaqlar üçün bu proses tez-tez uşağın adının və hətta doğulduğu yerin faktiki olaraq dəyişdirilməsini tələb edir və onların Rusiya Federasiyasında yoxa çıxmasından sonra həqiqi şəxsiyyətlərini "müəyyən etmək mümkün olmur".

ABŞ Ukraynaya deportasiya edilmiş uşaqların evlərinə qaytarılmasına yardım edir və Rusiya hakimiyyətinin bu hüquq pozuntularına görə məsuliyyətə cəlb edilməsinə sadiq qalır.

XS
SM
MD
LG