Accessibility links

Breaking News

Ukraynanın gələcəyinə baxış


Dövlət katibi Antoni Blinken Ukraynanın Bərpasına dair London Konfransında ABŞ-ın Ukraynaya Rusiyanın qəddar işğalından qurtulması üçün 1,3 milyard dollardan çox əlavə yardım edəcəyini açıqlayıb.

“Bərpa insanların yaşaması üçün ehtiyac duyduqları şeylərə sahib olmalarını təmin etməkdən daha artıqdır. Bərpa Ukraynanın təhlükəsiz və müstəqil bir ölkə kimi inkişafının əsasını qoyulmasıdır. Avropaya tam inteqrasiya olunmaqla, dünya bazarlarına qoşulmaqla; qanunun aliliyinə əsaslanan demokratiya; bütün ukraynalıların ləyaqətinə, insan hüquqlarına, öz potensiallarını reallaşdırmaq imkanına malik olduğu yer olmalıdır. Bu məqsədə çatmaq üçün ABŞ-ın əlavə yardımının 520 milyon dolları Ukraynanın enerji şəbəkəsini əsaslı təmir etməsinə kömək edəcək; 657 milyon dollar Ukraynanın sərhəd keçidlərinin, dəmir yol xətlərinin, limanlarının və digər mühüm infrastrukturun modernləşdirilməsinə kömək etmək üçün istifadə olunacaq. Biz sürəti artırmaq və korrupsiyanı azaltmaq üçün Ukraynanın gömrük və digər sistemlərinin rəqəmsallaşdırılmasına əlavə 100 milyon dollar yönəldəcəyik. Biz Ukraynadakı investorlar üçün riskləri azaldan maliyyələşdirmə və sığorta vasitəsilə ukraynalı biznes və sahibkarlara yardım məqsədi ilə 35 milyon dollar ayıracağıq. Yeni dəstək ABŞ-ın Ukrayna işçilərinə və müəssisələrinə iqtisadi və inkişaf üçün göstərdiyi 20 milyard dollardan və ABŞ-ın verdiyi 2,1 milyard dollardan çox humanitar yardıma əlavə edilir. Bizim iqtisadi, inkişaf və humanitar yardımımızla yanaşı, Birləşmiş Ştatlar Ukraynanın yaxşı idarəetmə, şəffaflıq və hesabatlılığı gücləndirmək üçün uzunmüddətli səylərinə sərmayə qoymağa davam edəcək. Biz onun ədliyyə sektorunu və antikorrupsiya institutlarını, onun vətəndaş cəmiyyətini və azad mətbuatını gücləndirəcəyik. Ukrayna hökuməti mübarizə aparır və bu qurumları gücləndirməkdə əhəmiyyətli addımlar atıb”- deyə, Blinken bildirib..

Dövlət katibi Blinken vurğulayıb ki, dünyanın Ukraynanın nəyə görə güclənməyə və bərpaya ehtiyacı olduğunu xatırlaması vacibdir.

"Rusiya Ukraynanın dağılmasına səbəb olur və Rusiya Ukraynanın yenidən qurulmasının xərclərini sonda üzərinə götürəcək. O vaxta qədər biz Ukrayna xalqının müdafiəsi və yenidən qurulması üçün böyük fədakarlıq edən xalqın yanında olcağıq”.

XS
SM
MD
LG