Accessibility links

Breaking News

ABŞ BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının nəzərdən keçirilməsini və qəbulunu alqışlayır


İraqın Terrorla Mübarizə Xidmətinin üzvləri Bağdad şəhərində keçirilən taktiki təlimdə iştirak edirlər, 21 iyun 2023.
İraqın Terrorla Mübarizə Xidmətinin üzvləri Bağdad şəhərində keçirilən taktiki təlimdə iştirak edirlər, 21 iyun 2023.

Birləşmiş Ştatlar BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının GCTS kimi tanınan səkkizinci baxışının konsensusla qəbul edilməsini alqışlayır.

İlk dəfə 2006-cı ildə qəbul edilmiş GCTS hər iki ildən bir Baş Assambleya tərəfindən nəzərdən keçirilir. Onun məqsədi terrorizmlə mübarizə üçün milli, regional və beynəlxalq səyləri artırmaqdır.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsinin müavini Ceffri DeLaurentis terrorla mübarizənin hazırkı mənzərəsinin 2006-cı ildən çox fərqli göründüyünü qeyd edib:

"Təhlükə ideoloji və coğrafi baxımdan əvvəlkindən daha çox yayılıb. Əl-Qaidə və İŞİD-in qolları və filialları xüsusilə Afrika və Əfqanıstanda davamlı və qətiyyətli olaraq qalır".

Səfir DeLaurentis bildiriib ki, terrorçular zorakılığa yeni cəlb olunanları radikallaşdırmaq üçün pilotsuz uçuş sistemləri, süni intellekt və şifrəli rabitə kimi yeni və inkişaf etməkdə olan texnologiyalardan istifadə edirlər.

"Biz bu düşmənlərə qarşı effektiv antiterror təzyiqi üçün kollektiv səylərimizi davam etdirməliyik. GCTS-ə bu yeniləmə vasitəsilə biz bu artan təhlükə ilə ayaqlaşa bilərik" - deyə, o bildirib.

Səfir DeLaurentis GCTS-in nəzərdən keçirilməsinə dair qətnamənin "vətəndaş cəmiyyətinin mühüm rolu, gender bərabərliyi və insan hüquqlarına dair aydın mətnini" qoruyub saxlamasından məmnunluğunu ifadə edib.

DeLaurentis bununla belə qətnamənin terror məqsədləri üçün pilotsuz uçuş sistemlərinin istifadəsinə daha çox diqqət cəlb edilməsi üçün yenilənmədiyindən məyus olduğunu bildirib.

GCTS-in builki qəbulu ilə bağlı təqdim edilən əlavə "mövqe ilə bağlı açıqlamada" Birləşmiş Ştatlar digər problemli məsələlərlə yanaşı, İsrailin haqsız tənqidinə qarşı xəbərdarlıq edib.

"Birləşmiş Ştatlar qətnamənin preambulyar 43-cü bəndində hər bir halda qəti şəkildə qəbuledilməz olan terror aktlarına haqq qazandırmağa xidmət edən və üzv dövlətin qanuni özünümüdafiəsini həyata keçirməsinə xələl gətirən xarici işğala dair bölücü istinadı qəbul edə bilməz" - deyə bildirilib.

"Terrorizmin bütün formaları və təzahürləri cinayətdir və əsassızdır".

Səfir DeLaurentis deyib: "Biz şəffaflığı və hesabatlılığı, həmçinin BMT qurumları tərəfindən GCTS-in icrasının monitorinqini və qiymətləndirilməsini gücləndirməyə davam etməliyik. Biz 2026-cı ili səbirsizliklə gözləyirik, o zaman biz strategiyanın ilkin qəbulunun iyirmi illiyini qeyd etmək üçün yenidən toplaşacağıq".

XS
SM
MD
LG