Accessibility links

Breaking News

İranda daha bir siyasi məhbusa hökm oxunub


İran rəsmiləri bir daha göstəriblər ki, onlar İran xalqından qorxurlar.

Tanınmış iranlı reper Tumac Salehi ötən payıx İranda hisabını yanlış taxdığına görə saxlanılan Məhsa Əminin polisin nzəarətində ikən ölümündən sonra rejimə qarşı baş qaldıran genişmiqyaslı etirazlarda iştirakına görə altı il və üç ay müddətində həbs cəzası alıb.

Rejimin etirazla qarşı zorakı təqibləri çərçivəsində on minlərlə insan həbs olunub, 500 nəfər ölüb, yeddi nəfər edam olunub.

32 yaşlı Tumac Salehi etirazları dəstəklətə mahnılar və videolar paylaşandan sonra oktybar ayında həbs edilərək, aylarla təkadamlıq kamerada saxlanılıb. YouTube-da yayılan və 450 mindən çox izlənilən bir videoda o, “Birinin cinayəti saçları açıq küləkdə rəqs etmək idi” deyib.

Həbsindən sonra İran dövlət mediası Salehinin gözləri bağlı və üzərində qançırlar olduğu bir vəziyyətdə “səhvlərinə” görə üzr üstədiyini göstərən video paylaşıb. ABŞ Dövlət Departamentinin İranda İnsan Hüquqlarının Vəziyyətinə dair illik hesabatında açıq bildirilib ki, İran məhkəmələri “müntəzəm olaraq... tez-tez məcbur və ya işgəncə yolu ilə çıxarılan etirafları sübut kimi qəbul edir.”

Salehi bir sıra cinayətlərdə ittiham olunub və zorakılığı təşviq etmək, “yer üzündə fitnə-fəsad” və propaqanda yaymaq ittihamları ilə təqsirli bilinib. O, düşmən hökumətlə əməkdaşlıq etmək və Ali Rəhbəri təhqir etmək ittihamlarından bəraət qazanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Tumac Salehi ilə bağlı hökmü və həbs cəzasını “narahatedici” adlandırıb və deyib ki, Birləşmiş Ştatlar “onun vəziyyətini” izləməyə davam edir.

“O, mütəmadi olaraq vəkilə çıxışı hüququndan məhrum edilib. Aprel ayında onun həbsdə işgəncəyə məruz qaldığına görə təcili olaraq tibbi müalicəyə ehtiyacının olduğuna dair xəbərlərdən sonra onun məhkəməsi bağlı qapılar arxasında keçirilib,” sözçü Miller deyib. “Rejimin bu məsələdə sərt rəftarı dərin narahatlıq doğurur və buna son qoyulmalıdır və biz İran rəsmilərini onu və bütün siyasi məbusları sərbst buraxmağa çağırırıq.”

“Dünya izləyir və biz İran rəsmilərini insan hüquqları pozuntularına görə cavabdeh tutmaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya etməyə davam edəcəyik.”

XS
SM
MD
LG