Təqsirli bilinsə, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 12 ilədək həbs cəzası ala bilər.
Birləşmiş Ştatlar Azərbaycan müxalifət lideri Qubad İbadoğlunun həbsini “yaxından izləyir”. Bu sözləri Dövlət Departamentinin sözçüsü Metyu Miler deyib.
İbadoğlu beynəlxalq miqyasda tanınan iqtisadçı və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir. Uzun illər o, ictimai vəsaitlərin idarəedilməsi, yaxşı hökumət və şəffaflğa diqqət yetirən qeyri-hökumət təşkilatına rəhbərlik edib. 2014-cü ildə Azərbaycan hakimiyyəti onun təşkilatını məcburi bağlatdırıb.
Müşahidəçilərin bilirdiyinə görə, Qubadoğluya qarşı ittihamlar siyasi motivlidir. O, 2015-ci ildə Azərbaycanı tərk edərək, Birləşmiş Ştatlar və Avropada akademik institutlarda dərs deyib. İbadoğlu bu yaxınlarda Birləşmiş Krallıqda azərbaycanlı tələbələrin xaricdə təhsilinə yardım etməyi hədəfləyən təşklilat yaratdıqdan sonra Azərbaycana qayıdıb. O bildirib ki, təşkilatın fəaliyyəti üçün lazım olan maliyyəni “Azərbaycan xalqından və iqtisadiyyatından Azərbaycan hökuməti tərəfindən oğurlanan pullardan” alacaq.
İbadoğlu iyulun 23-də Bakının kənarında siyasi partiyasının gənc fəalları ilə görüşə sürərkən həbs edilib. Növbəti gün ona qarşı saxta pulların istehsalı, əldə edilməsi və satışı ittihamları ilə 3 ay və 26 gün həbs qətimkan tədbiri seçilib. Rəsmilər həmçinin onu Türkiyə hökumətinin terrorçu qrupun başçısı olduğu iddia etdiyi, ABŞ-da yaşayan sünni din xadimi Fətullah Gülənin dəstəkçisi olmaqda ittiham ediblər. Təqsirli bilindiyi halda İbadoğlu 12 ilədək həbs cəzası ala bilər. O, özünə qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı sonuncu hesabatında ölkədə “ciddi insan hüquqları problemləri” haqda qeyd edilir. Bura sistemli hökumət korrupsiyası, ixtiyari həbslər, fərdlərə qarşı siyasi əsaslı repressiyalar və geniş yayılmış məhkəmə müstəqilliyi problemləri daxildir.
İbadoğlunun həbsi və saxlanması ilə bağlı şərhində Dövlət Departamentinin sözçüsü Miller bildirib ki, “Birləşmiş Ştatlar insan hüquqları və fundamental azadlıqların vəziyyətin yaxşılaşdırılması ilə bağlı ciddi öhdəliyinə sadiq qalmağa davam edir. Biz Azərbaycanı ölkənin öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə müvafiq olaraq vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və fundamental azadlıqlarını qorumağa çağırırıq.”