Accessibility links

Breaking News

İran jurnalistlərə basqıları davam etdirir


Etiraz aksiyalarını işıqlandırdığı üçün İranda saxlanılan Nazilə Marufyan.
Etiraz aksiyalarını işıqlandırdığı üçün İranda saxlanılan Nazilə Marufyan.

İranda iki qadın jurnalist sistemə qarşı propaqanda, milli təhlükəsizliyə qarşı hərəkət və Birləşmiş Ştatlarla əməkdaşlıqda ittiham ediliblər. Bu ittihamlar ölüm hökmü ilə nəticələnə bilər.

İran rəsmiləri jurnalistlərə qarşı təzyiqlərini davam etdirirlər. İnsan hüquqları təşkilatlarının hesablamalarına görə, keçən il 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayan kütləvi etirazlarla əlaqədə 90-dan çox jurnalist həbs edilib.

Nilufər Hamedi və Elahe Məhəmmədi sentyabr ayında həbs edildikdən sonra 300 gündən çox müddət həbsdə keçiriblər. Hamedi Əminin hicabı doğru geyinmədiyinə görə “əxlaq polisi” tərəfindən saxlandıqdan sonra ağır vəziyyətdə olduğu haqda xəbəri ilk yazan olub. Hamedinin çəkdiyi Məhsa Əmininin matəmdə olanda valideynlərinin fotosu viral yayıldı. Məhəmmədi Əmininin Saqqezdə keçirilən dəfn mərasimini işıqlandırıb və orada iştirak edən minlərlə insan haqda məlumat verib.

Jurnalist kimi işlərini görən iki qadın sistemə qarşı propaqanda, milli təhlükəsizliyə qarşı hərəkət və Birləşmiş Ştatlarla əməkdaşlıqda ittiham ediliblər. Bu ittihamlar ölüm hökmü ilə nəticələnə bilər. Məhkəmə prosesləri qapalı şəkildə keçirildikdən sonra Hamedi və Məhəmmədi hökmün nə olacağını gözləyirlər.

İran rəsmiləri həmçinin daha öncə həbs edilmiş, amma sonra zaminə buraxılan və ya əfv olunduqları bildirilən jurnalistləri yenidən həbs edir. Onların arasında “Iran Times” Telegram xəbər kanalının direktoru Hüseyn Yazdi və frilans jurnalist Nazilə Marufyan da var.

Daha iki jurnalist, Saide Şafeyi və Nasim Soltanbeigi, öncə etirazlar zamanı saxlanılıb, “dövlətə qarşı propaqanda” və “ictimai fikrin pozulması” ittihamlarları ilə üzləşimiş, bu yaxınlarda isə iki il həbs və iki il sosial məhdudiyyətlər, o cümlədən sosial media fəaliyyəti və ölkəni tərk etmək qadağası cəzası ilə hökm olunublar.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, “İran rejimi peşəsi ilə məşğul olan jurnalistlərə qarşı tez-tez əsassız və tamamilə gözdən salan ittihamlar irəli sürərək, basqılarını davam edir.” Onun sözlərinə görə, rejimin hərəkətləri "bütün dünyanın izləməyə davam etdiyi insan hüquqları pozuntusu olaraq qalır."

XS
SM
MD
LG