Dövlət katibi Antoni Blinken bu yaxınlarda Rice Universitetində keçirilən söhbət zamanı dünyanın dönüş nöqtəsində olduğunu vurğulayıb.
“Bir dövrün sonudur, Soyuq Müharibədən sonrakı dövrün sonu. Gələcəyi formalaşdırmaq üçün davam edən gərgin bir rəqabət var. Rəqiblərdən biri Rusiya və Putinin Rusiyasıdır. Onun etdiyi hərəkətləri isə onun mövcud asayişi və ya nizamı müəyyən edən əsas müddəaları, əsas prinsipləri - ərazi suverenliyini, müstəqilliyinin qorunub saxlanmasını rədd etdiyinin göstəricisidir,” o deyib.
Dövlət katibi Blinken deyib ki, Rusiyanın Ukraynaya tam-miqyaslı hərbi müdaxiləsi fonunda insanlar başa düşür ki, əgər Putinin cəzasız bir şəkildə hərəkət etməsinə icazə verilsə “hər hansı və hər yerdə gələcək aqressorlara mesaj o olacaq ki, “biz də bundan yayına bilərik.” Və bu da münaqişə dünyasına dəvətdir.”
Dövlət katibi Blinken deyib ki, Putin illüziya altındadır:
“Onun məqsədi uzunömürlü olmaqdır və o, bunu bacaracağına inanır. O, ukraynalılardan daha çox tab gətirə bilər. O, Ukraynanı dəstəkləyənlərdən daha çox tab gətirə bilər. Amma o artıq böyük yanlış bir hesablama edib və bu da tarixən Rusiya və onun maraqlarına zərər vuran bir şəkildə nəticə verdi, çünki məncə o, başdan inanırdı ki, heç kəs aqressiyaya qarşı çıxmayacaq.”
Nəyinki Ukrayna xalqı və Birləşmiş Ştatlar, həm də dünya boyu Ukraynaya humanitar, iqtisadi və hərbi yardım verən onlarla ölkə də Putinin səhv olduğunu sübut etdi.
“Adətən bu cür vəziyyətdə amerikalılar bir az məyus olurlar, çünki belə görünür ki, sanki yükün çoxunu biz daşıyırıq. Biz bunu edirk. Amma bu halda dünyanın geri qalan hissəsi də gözəl iş görür. Əslində başqa ölkələrin etdiyi yardım Birləşmiş Ştatların verdiyi yardımı üstələyir,” o deyir.
“Fundamental problem Putinin uzunmüddət tab gətirə biləcəyinə dair inamıdır,” dövlət katibi Blinken deyib. Amma Putinə qarşı dayananlar tərəfində “təkcə ukraynalıların deyil, bizim hamımızın doğru tərəfdə çıxdığımızı görmək qətiyyəti var. Çünki biz buna imkan versək, dünyanı uzun illər davam edəcək ağrılara açmış olarıq”.