Accessibility links

Breaking News

Blinken İsraildə


Antoni Blinken
Antoni Blinken

“Mən İsrailə sadə mesajla gəlmişəm,” dövlət katibi Antoni Blinken deyib. “Birləşmiş Ştatlar İsrailin və onun xalqının yanındadır – bu gün, sabah, hər gün.” HƏMAS-ın İsrailə ölümcül hücumundan sonra o deyib ki, bu, “mənəvi aydınlıq anı” olmalıdır.

“Keçmişsə liderlər tez-tez İsrailə və onun xalqına qarşı terror hücumları qarşısında ikimənalı fikirlər səsləndiriblər. Ona görə də biz bu hücumlardan sonra bütün ölkələrə qarşı qətiyyətli olduq: Bu vəhşiliklərə heç bir bəhanə, heç bir bəraət yoxdur” o deyib.

Tel-Əvivdə mətbuat konfransında çıxış edən dövlət katibi Blinken deyib ki, “sülh və ədalət istəyən hər kəs HƏMAS-ın terror hökmranlığın qınamalıdır.” O əlavə edib ki, “heç bir ölkə vətəndaşlarının qətlinə dözə bilməz və ya dözməz - və ya sadəcə olaraq bunun baş verməsinə imkan verən şərtlərə qayıda bilməz:”

“İsrailin özünü müdafiə etməyə və bunun bir daha baş verməməsindən əmin olmaq haqqı və əslində öhdəliyi var.”

Dövlət katibi Blinken həmçinin HƏMAS-ın öldürdüyü və ya girov götürdüyü amerikalı vətəndaşların ailələri ilə görüşüb.

“Biz girovların sərbəst buraxılmasını təmin etmək üçün israilli tərəfdaşlarımızla işləyərək, əlimizdən gələni edirik. Mən özümlə birlikdə İsrailə Girov Məsələri üzrə Xüsusi Nümayəndə Stiv Gilleni gətirmişəm. O mənimlə birlikdə ailələrlə görüşlərə qatıldı və onların əzizlərinin sərbəst buraxılmasını təmin etmək üçün aparılan səylərə dəstək məqsədilə burada qalacaq,” o deyib.

Blinken hər bir tədbirdə “ölkələri münaqişənin yayılmasının qarşısını almağa və HƏMAS üzərində olan güclərindən istifadə edərək girovların dərhal və şərtsiz sərbəst buraxlmasını təmin etməyə çağırıb.”

Dövlət katibi deyib ki, eyni zamanda Birləşmiş Ştatlar region üçün daha dinc və firavan xəyalını davam etdirir.

“Biz İsrail ilə Səudiyyə Ərəbistanı və İsraillə hələ də münasibətləri normallaşdrmağa başqa ölkələr arasnda normallaşdırma ehtimalını dəstəkləməyə və irəlilətməyə çalışırq.”

Dövlət katibi Blinken qeyd edib ki, HƏMAS, Hizbullah və İran bu cür normallaşmanın əleyhinədir.

Blinken deyib ki, Bİrləşmiş Ştatlar “hətta bu dərin qaranlıq anında belə işıq parıltıs tapmağa kömək etmək üçün terroru rədd edənlərin hamısının yanındadır və nə qədər ki, Birləşmiş Ştatlar var, İsrail heç vaxt tək qalmayacaq

XS
SM
MD
LG