Oktyabrın 7-də HƏMAS İsrailə dağıdıcı hücumu ilə müharibə başlayıb. Həmişə olduğu kimi bunun əvəzini hər iki tərəfdən mülki əhali ödəyir. HƏMAS-ın ilkin hücumları və İsrailin cavab zərbələri nəticəsində 30-dan çox ölkədən minlərlə insan həlak olub və yaralanıb.
Bombalama başlamazdan əvvəl İsrail Qəzzanın mülki əhalisini təxliyə etmələri üçün açıq şəkildə xəbərdar edib. HƏMAS isə insanların öz evlərində qalmasını əmr edib və onların çıxmaması üçün yolları bağlayıb. Aydındır ki, mülki əhali militantlar üçün canlı qalxan rolunu oynamalıdır.
“Biz bilirik ki, HƏMAS fələstinliləri təmsil etmir və Fələstin mülki vətəndaşları HƏMAS-ın törətdiyi qırğında günahkar deyillər. Fələstinli mülki şəxslər qorunmalıdır” - deyə, Dövlət katibi Antoni Blinken bildirib.
Aralıq dənizi sahili boyu 41 kilometr uzunluğunda və 6-12 kilometr enində olan Qəzza zolağının ümumi sahəsi 365 kvadrat kilometrdir. Orada 2 375000-dən çox insan yaşayır. Təxminən bir milyon fələstinli Qəzzanı tərk edə bilmədən oradan didərgin düşüb və bu o deməkdir ki, humanitar yardım onların sağ qalması üçün çox vacibdir.
“Biz Misir, İsrail və regiondakı tərəfdaşlarla, eləcə də Birləşmiş Millətlər Təşkilatı ilə HƏMAS və ya hər hansı digər terror qruplaşmasına fayda vermədən Qəzzada mülki şəxslərə davamlı humanitar yardımın çatdırılmasına imkan verəcək mexanizmlər yaratmaq üçün yaxından əlaqələndirməyə davam edirik. Birləşmiş Ştatlar Qəzza və İordan çayının qərb sahilindəki fələstinlilərə əlavə 100 milyon dollarlıq humanitar yardım ayırıb və bununla da son iki il yarım ərzində Fələstin xalqına etdiyimiz yardımın ümumi məbləği 1,6 milyard dollardan çox olub”, Blinken deyib.
“Bu, ABŞ-ı Fələstin xalqına ən böyük donor ölkə edir. Biz bütün ölkələri, xüsusən də ən böyük imkanlara malik olan ölkələri BMT-nin Qəzzada humanitar vəziyyətlə bağlı çağırışını qarşılamaqda bizə qoşulmağa çağırırıq. Bu münaqişədə və hər bir münaqişədə günahsız insanların həyatını xilas etmək səylərimizin əsasında hər bir mülki insanın həyatının eyni dərəcədə dəyərli olduğuna dair əsas inancımız dayanır. Mülki insanların həyatını qorumaq üçün heç bir iyerarxiya yoxdur. Mülki vətəndaşdır, milliyyətindən, etnik mənsubiyyətindən, yaşından, cinsindən, inancından asılı olmayaraq mülki vətəndaşdır”- deyə, Dövlət katibi qeyd edib.