Accessibility links

Breaking News

NATO Ukraynaya yardım etməkdə qətiyyətlidir


ABŞ dövlət katibi Antoni Blinken NATO xarici işlər nazirlərinin Belçikada keçirilən iclasında çıxış edir.
ABŞ dövlət katibi Antoni Blinken NATO xarici işlər nazirlərinin Belçikada keçirilən iclasında çıxış edir.

ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, əgər NATO xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən son toplantısından bir aydın çıxış varsa, o da alyansın Ukraynaya dəstəyinin və öhdəliyinin qalıcı olmasıdır.

“Bəziləri ABŞ və digər NATO müttəfiqlərinin Putinin qəddarləğının ikinci qışına qədəm qoyduğumuz vaxtda Ukraynanın yanında olmağa davam edib-etməməli olduğunu sual edir. Ancaq bu gün NATO-da cavab aydındır və dəyişməzdir: Ukraynanı dəstəkləməliyik və bu dəstəyi davam etdirəcəyik. Rusiyanın işğalçı müharibəsinin strateji uğursuzluq olaraq qalmasını təmin etmək Kremlin təxminən iki il əvvəl bu müharibəni başlatdığı vaxt kimi bu gün də çox vacibdir”, Blinken deyib. “”

“Mən heç bir yorğunluq və ya geri çəkilmə hissinin şahidi olmadım - əksinə, irəliləməyə davam etmək əzmini gördüm. Bunun üçün yaxşı səbəb var. Düşünürəm ki, hər bir müttəfiq bunun yalnız düzgün iş görmək məsələsi olmadığını dərk edir. Bu, şəxsi maraq məsələsidir, o cümlədən ABŞ üçün. Əgər biz Rusiya kimi bir ölkəyə başqasının sərhədlərini güc yolu ilə yenidən cızmaq, başqa bir ölkənin gələcəyini müəyyən və diktə etməyə çalışmaq üçün cəzasız hərəkət etməyə icazə versək, bu, cəzasızlıq şəraitində baş verərsə bu, açıq yol deməkdir və təcavüzkar hər yerdə bundan dərs çıxara bilər. Ona görə də Ukraynanın yanında möhkəm dayanmaq bizim üçün, eyni zamanda masa ətrafında olan hər bir ölkə üçün çox vacib idi,” Blinken əlavə edib.

50-dən çox ölkə, o cümlədən NATO üzvlərinin əksəriyyəti Ukraynanın “nəinki özünü davam edən Rusiya təcavüzündən müdafiə etmək, həm də Rusiyanın ondan ələ keçirdiyi əraziləri geri almasına kömək etmək üçün lazım olan hər şeyə sahib olmasını” öhdəsinə götürüb,” Blinken vurğulayıb.

“Mən hesab edirəm ki, bu, mühümdür. Bir çox ölkənin Ukraynaya çəkindirmə və gələcək təcavüzlərə qarşı müdafiəni təmin edə biləcək gələcək qüvvələrin qurulmasına kömək etmək öhdəliyi var. Rusiya lideri Vladimir Putin hesab edir ki, o, hansısa yolla Ukraynanı, onun xalqını və tərəfdarlarını geridə qoya bilər”, Dövlət katibi Blinken deyib.

Dövlət katibi Blinken bildirib ki, Rusiya lideri Vladimir Putin Ukrayna, onun xalqı və tərəfdarlarından hansısa yolla daha uzun müddət dayana biləcəyinə inanır. “[NATO]Alyansının, Alyansa üzv olan ayrı-ayrı ölkələrin, eləcə də dünyanın bir çox başqa ölkələrinin işi Ukraynanı dəstəkləmək, onun müdafiəsinə kömək etmək, həmçinin onu gələcəyə hazırlamaqdan ibarətdir. Bu, Putini bu çox yanlış fikirdən xilas etməyin yeganə və ən təsirli yoludur.”

XS
SM
MD
LG