Accessibility links

Breaking News

Dünya Əfqanıstanda Taliban ilə əlaqə saxlamalıdırmı?


Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üzrə müstəqil qiymətləndirilməsinin son hesabatına görə, ideal olaraq, Əfqanıstan növbəti zorakılıq dövründən keçmədən və beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq sistemə tam şəkildə yenidən inteqrasiya olunacaq.

Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının rəhbəri Roza Otunbayeva bildirib ki, bunun üzərində işləmək lazımdır, lakin hazırda bir çox problem buna maneə törədir.

BMT Təhlükəsizlik Şurası qarşısında çıxış edən nümayəndələrin Talibanla dialoqa girib-girməmək barədə müzakirələri zamanı o, insan haqları və idarəetmə də daxil olmaqla, bir sıra mövzularda Talibanla məhsuldar əlaqələrdən danışıb. Digər tərəfdən Talibanın hakimiyyətə qayıdışı bütün ölkədə insan haqları pozuntularının həyəcanverici modelini ortaya çıxarıb. Beləliklə, sual olunur: Talibanla dialoqa başlamağın faydası varmı?

Birləşmiş Ştatların Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndəsi Robert Vud həll edilməli olan üç aktual mövzunu vurğulayıb.

Səfir Vud deyib: Birincisi, "Əfqanıstan qadınları Birləşmiş Millətlər Təşkilatını Talibana cəmiyyətin bütün sektorlarına qadınları daxil etməli olduğunu vurğulamağa çağırırlar. Birləşmiş Ştatlar onların xahişlərini eşidir, qadın və qızların təhsilə, işçi qüvvəsinə və sosial və siyasi həyatın digər aspektlərinə mənalı çıxış əldə etməyincə, Talibanla münasibətlərin normallaşdırılması istiqamətində heç bir mühüm addımı nəzərdən keçirməyəcək. İkincisi, Taliban, xüsusilə qadın personalına məhdudiyyətlər vasitəsilə humanitar yardıma mane olur. Birləşmiş Ştatlar ən çox ehtiyacı olanlara yardım göstərməyə sadiqdir. 2021-ci ildən bəri biz 2 milyard dollardan çox yardım göstərmişik. Yalnız humanitar yardımın kifayət etmədiyini qəbul etmək vacibdir. Buna görə də Taliban qadınları Əfqanıstan iqtisadiyyatına töhfə verməkdən çəkindirən siyasətlərini geri çevirməlidir. Və nəhayət, Birləşmiş Ştatlar BMT-nin Əfqanıstan üzrə müstəqil qiymətləndirilməsini alqışlayır və bu, beynəlxalq təmas qrupunun yaradılmasında xüsusi elçinin təyin edilməsini tələb edir”.

“Bunlar Əfqanıstanın beynəlxalq öhdəliklərini yerinə yetirməsini təmin edən yol xəritəsinin hazırlanması üçün vacib olacaq. Təhlükəsizlik Şurası Talibana dağıdıcı kursundan əl çəkməsi üçün təzyiq göstərməkdə birgə işləməyə davam etməlidir. Talibanın Əfqanıstan xalqının istəklərini dəstəkləməsi, insan haqlarının pozulmasına son qoyması və yardımın ehtiyacı olanlara çatmasına imkan verməsi üçün onlarla ciddi dialoq aparılmalıdır”, səfir Vud deyib.

XS
SM
MD
LG