Accessibility links

Breaking News

ABŞ-ın İraqdakı hədəfi İranın dəstəklədiyi terror qrupunun lideridir


İraqda Xalq Mobilizasiya Qüvvələri yarı-hərbçilərinin baş qərargahı ABŞ-ın hava zərbələri hədəfləri sırasında olub.
İraqda Xalq Mobilizasiya Qüvvələri yarı-hərbçilərinin baş qərargahı ABŞ-ın hava zərbələri hədəfləri sırasında olub.

ABŞ-ın Suriyada təxminən 900, İraqda isə 2500 hərbçisi var və onlar İŞİD-in davamlı məğlubiyyəti olan koalisiyanın bir hissəsidir.

Son aylar həmin ABŞ qüvvələri İranın etibarlı qüvvələri tərəfindən pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qalıb və nəticədə onlarla ABŞ hərbi qulluqçusu yaralanıb. ABŞ dəfələrlə hücumlara vaxtında və öz seçimi ilə cavab verəcəyini bildirib.

4 yanvar 2024-cü il tarixinədək ABŞ İrana sadiq qrupları tərəfindən istifadə edilən təlim sahələri və silah anbarları kimi obyektləri hədəf almaqla cavab verib və bu, az sayda düşmən itkisi ilə nəticələnib.

Yanvarın 4-də Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayderin jurnalistlərə dediyi kimi Birləşmiş Ştatlar qoşunlarını müdafiə etmək üçün fərqli bir taktika tətbiq edri: “Yanvarın 4-də saat 12:00 radələrində İraq vaxtı ilə ABŞ qüvvələri Harakat ən-Nujaba lideri Əbu Təqva ləqəbi ilə tanınan Müştaq Cavad Kazım əl-Cəvariyə qarşı lazımi və mütənasib tədbirlər görüb. Əbu Təqva Amerika personalına qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində fəal iştirak edib. Zərbə zamanı daha bir HAN [Hərəkat ən-Nujaba] üzvü də həlak olub və qeyd etmək lazımdır ki, zərbə özünümüdafiə məqsədi ilə həyata keçirilib, heç bir mülki şəxs zərər çəkməyib və heç bir infrastruktur və ya obyektə zərbə endiriməyib”.

General Rayder qeyd edib ki, ABŞ qüvvələri hazırda İraq hökumətinin dəvəti ilə İŞİD-i məğlub etmək missiyasına dəstək məqsədi ilə təlim keçmək və məsləhətlər vermək üçün İraqdadır və Birləşmiş Ştatlar ABŞ qoşunlarının təhlükəsizliyi ilə bağlı Bağdadla sıx məsləhətləşmələrə davam edəcək.

O, İŞİD-in İrandakı son terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü nəzərə alaraq, həm indi, həm də keçmişdə yaratdığı təhlükəni vurğulayıb: “Xatırlayırsınız ki, 10 il əvvəl İŞİD Suriya və İraqın böyük ərazilərini ələ keçirdikdən sonra biz missiyaya başladığımız zaman İŞİD Bağdaddan təxminən 24 kilometr kənarda idi. Heç kim İŞİD-in geri qayıtmasını görmək istəmir. Beləliklə, bizim diqqətimiz İŞİD-i məğlub etmək missiyasında qalacaq. Ancaq yenə də təhdid olsa, qüvvələrimizi qorumaqdan çəkinməyəcəyik”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “İranla daha geniş münaqişəyə can atmır; biz bu qruplarla münaqişəyə can atmırıq, lakin biz kənarda durmayacağıq və onların lazımi müdafiəsi təmin edərək qüvvələrimizin təhdid edilməsinə yol verməyəcəyik”.

XS
SM
MD
LG