HƏMAS-ın İsrailə qarşı törətdiyi dəhşətli hücumlar İsraildə böyük insan tələfatına səbəb olub.
Dövlət katibi Antoni Blinken İsraildə keçirdiyi mətbuat konfransında "7 oktyabrın bir daha təkrarlanmamasını təmin etmək üçün İsrailin yanında olmağımızın bir çox səbəblərindən biridir. Buna görə də biz qalan girovların evlərinə qaytarılmasına, humanitar böhranın həllinə və Qəzzada mülki əhalinin müdafiəsinin gücləndirilməsinə və münaqişənin yayılmasının qarşısını almağa intensiv şəkildə diqqət yetiririk” deyib.
Dövlət katibi Blinken İsrail liderləri ilə Qəzzada İsrailin hərbi kampaniyasının mərhələli keçidini müzakirə edib.
“Biz inanırıq ki, İsrail 7 oktyabrın heç vaxt təkrarlanmamasını təmin etmək kimi əsas məqsədinə doğru mühüm irəliləyiş əldə edib. İsrailin kampaniyası Qəzzanın şimalında daha aşağı intensivlik mərhələsinə keçdikcə və İDF [İsrail Müdafiə Qüvvələri] oradakı qüvvələrini azaldarkən, biz bu gün BMT-nin qiymətləndirmə missiyasını yerinə yetirməsi planı üzərində razılaşdıq. Qurum məcburi köçkün fələstinlilərin şimaldakı evlərinə sağ-salamat qayıtması üçün nə edilməli olduğunu müəyyən edəcək”- deyə, Blinken qeyd edib.
Birləşmiş Ştatlar fələstinlilərin Qəzzadan kənarda məskunlaşdırılmasını müdafiə edən hər hansı təklifi birmənalı şəkildə rədd edir.
Blinken və İsrailin Baş naziri Benyamin Netanyahu da Hizbullahın İsrailə gündəlik raket hücumları təşkil etdiyi Livanla şimal sərhədindəki gərginlikdən danışıb: “Birləşmiş Ştatlar şimal sərhədinin təhlükəsizliyini təmin etməkdə İsrailin yanındadır. Biz gərginliyin qarşısını alan və ailələrin evlərinə qayıtmasına, İsrailin şimalında və həmçinin Livanın cənubunda təhlükəsiz yaşamağa imkan verən diplomatik həll yolu tapmaq üçün İsraillə işləməyə tam sadiqik”.
Hər iki lider İsrail üçün daha davamlı sülh və təhlükəsizliyin necə qurulacağını müzakirə ediblər. Blinkenin bu səfər zamanı bölgədə görüşdüyü hər bir tərəfdaş zorakılıq dövrünə son qoyan və İsrailin təhlükəsizliyini təmin edən qalıcı həll yolunu dəstəkləməyə hazır olduqlarını bildirib. Lakin onlar vurğulayıb ki, bu, yalnız Fələstin dövlətinə gedən yolu ehtiva edən regional yanaşmadan keçə bilər.
Blinken deyib ki, bu məqsədlərə birlikdə çalışmaqla nail olmaq olar.