Yəməndə İranın dəstəklədiyi Husi militantları noyabr ayından Qırmızı dənizdən keçən ticarət gəmilərinə zərbələr endirmək və onları qaçırımaqla HƏMAS-ı dəstəklədiklərini və İsrailə qarşı olduqlarını nümayiş etdirir.
Hücumlar dünya gəmiçiliyinin təqribən 15 faizini təşkil edən marşrutu hədəf alıb və bir neçə gəmiçilik şirkətini gəmilərinin marşrutunu dəyişməyə məcbur edib.
“Bu hücumlar 40-dan çox ölkənin vətəndaşlarına, yüklərinə və kommersiya maraqlarına təsir edib”, Dövlət katibi Antoni Blinken Qətərdə bu yaxınlarda keçirdiyi mətbuat konfransında qeyd edib.
“Onlar qlobal daşımaların təxminən 20 faizini pozub və ya yayındırıb. Ondan çox gəmiçilik şirkəti Ümid burnu ətrafında minlərlə gəminin marşrutunu dəyişməli olub. Bu o deməkdir ki, malları getməli olduqları yerə çatdırmaq daha uzun çəkir, bu, dəyəri artırır və bu xərc istər qida, istər yanacaq, istər dərman, istər humanitar yardım olsun bütün dünyada istehlakçılara təsir edir. Açığı, Husilərin bu hücumları bütün dünyada insanlara, ən çox da Yəmən və Qəzzada da daxil olmaqla, ən yoxsul və ən həssas əhaliyə zərər verir”- deyə, Blinken əlavə edib.
Buna görə də Birləşmiş Ştatlar Qırmızı dəniz üzərindən ticarət gəmiçiliyinin təhlükəsizliyini müdafiə etmək üçün 20-dən çox ölkə ilə birlikdə Prosperity Guardian Əməliyyatını başladıb.
Blinken deyib ki, ondan çox ölkə Husilərin gələcək hücumlara görə cavabdehlik daşıyacaqlarını açıq şəkildə bəyan edib: “Biz regional münaqişələrin qarşısını almaq və bütün dünyadakı insanlar üçün çox vacib olan ticarətin sərbəst axınını təmin etmək üçün ümumi səylərimizin bir hissəsi kimi regionda dəniz təhlükəsizliyini müdafiə etməyə davam edəcəyik”.
Beynəlxalq ictimaiyyət naviqasiya azadlığı prinsipinin qorunmasında real maraqlıdır. ABŞ Hərbi Hava Qüvvələrinin general-mayoru Pat Ryder son brifinqdə dediyi kimi, “Husilər bu hücumları dayandırmalıdır”.