Accessibility links

Breaking News

HƏMAS maliyyəçiləri haqda məlumata görə böyük mükafatlar


2023-cü ilin oktyabr ayının 7-də HƏMAS dinc İsrail sakinlərinə qarşı dəhşətli terror hücumu ilə qanlı qarşıdurma yaradıb. Bu, bütün dünyada pislənilən iyrənc, qorxaq bir hərəkətdir.

HƏMAS-ın zorakılıq tarixi otuz il əvvələ gedib çıxır. Bir sıra hökumətlər, o cümlədən ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. ABŞ HƏMAS-ın fəaliyyətinə mane olmaq üçün qrupun maliyyə axınına diqqət yetirir.

Yanvar ayında ABŞ Dövlət Departamenti HƏMAS-ın beş maliyyə mənbəyi və ya silahlı qrupa dəstək verən maliyyə mexanizmlərini pozmağa kömək edəcək məlumatlar üçün 10 milyon dollara qədər pul təklif edb.

Əbdulbəsit Həmzə Əl Həsən Xair, Əmir Kamal Şərif Alşava, Əhməd Sadu Cələb, Valid Məhəmməd Mustafa Cadallah və Məhəmməd Əhməd Əbd əl-Daim Nasrallah HƏMAS-ın investisiya portfelində çoxsaylı şirkətləri idarə edən və HƏMAS-a böyük maliyyə transferində iştirak edən maliyyəçilərdir.

Həmas yaraqlılarından üçü - Əmir Kamal Şərif Alşava, Əhməd Sadu Cələb və Valid Məhəmməd Mustafa Cadallah qrupun Türkiyədəki investisiya şəbəkəsinin bir hissəsidir. Alşava Trend GYO-nun baş icraçı direktorudur və o, bir neçə HƏMAS investisiya portfeli şirkətlərində idarə heyətinin üzvü kimi fəaliyyət göstərib.

Cələb HƏMAS-ın investisiya portfeli katibidir. O, HƏMAS-ın nəzarətində olan şirkətlər və məmurlar üçün müxtəlif fəaliyyətləri koordinasiya edir, Cadallah isə bir neçə investisiya portfeli şirkətinin idarə heyətində xidmət edir. Nəsrullah HƏMAS-a on milyonlarla dolların köçürülməsində iştirak edib.

Keçən ilin sonlarında düzəliş edilmiş 13224 saylı İcra Sərəncamına əsasən, beş nəfərin hamısı ABŞ Maliyyə Nazirliyi tərəfindən “Xüsusi Təyin edilmiş Qlobal Terrorçular” adlandırılıb.

Əgər sizin və ya tanıdığınız hər kəsin Khair, Alşava, Cələb, Cadallah və ya Nasrallah və ya onların maliyyə əməliyyatları haqqında məlumatı varsa, lütfən, dünya üzrə Signal, Telegram və ya WhatsApp vasitəsilə Ədalət Mükafatları ilə əlaqə saxlayın: +1-202-702-7843.

Bütün məlumatlar ciddi şəkildə məxfi saxlanılacaq. Bu mükafat təklifi haqqında ətraflı məlumatı www.rewardsforjustice.net ünvanında yerləşən Rewards for Justice saytında tapa bilərsiniz. Bütün etibarlı məlumatlar araşdırılacaq və məlumat verənlərin kimliyi məxfi saxlanılacaq.

XS
SM
MD
LG