Accessibility links

Breaking News

İqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşmanın dəstəklənməsi


"İqlim dəyişikliyinin bütün dünyada fəlakətlərə səbəb olan ekzistensial təhlükə olduğuna dair danılmaz sübutlara baxmayaraq, biz insanları getdikcə daha şiddətli iqlim sarsıntılarına dözməyə hazırlamaq üçün kifayət qədər iş görmürük. Həqiqətən də, dünyanın bir çox icmaları infrastrukturun, məhsulun və dolanışıq vasitələrinin məhvinə uyğunlaşmağa tamamilə hazır deyillər".

İcmaları iqlim sarsıntılarına hazırlamağa və onların dayanıqlığını artırmağa kömək etmək üçün Prezident Bayden Prezidentin Uyğunlaşma və Dayanıqlıq üzrə Fövqəladə Hallar Planı PREPARE təşəbbüsünü irəli sürüb. Təşəbbüs Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən həyata keçirilir.

“Həllərin müəyyən edilməsi ən yüksək mürəkkəb prioritetdir. Belə ki, onlar yerə görə fərqlənirlər: artan daşqınlara uyğunlaşmaq, məsələn, istilik dalğalarına uyğunlaşmaq çox fərqli həllər tələb edir”, USAİD-in Administratoru Samanta Pauer bildirib.

“Təxminən iyirmi il əvvəl USAID NASA ilə əməkdaşlıq edərək ölkələrə ekstremal hava dəyişkənliyinin onlar üçün yaratdığı xüsusi riskləri anlamağa kömək edən SERVIR adlı proqram yaradıb. Bu gün SERVIR daşqınlardan meşə yanğınlarına və məhsulu məhv edən çəyirtkələrin potensial çoxalma sahələrinə qədər hər şey haqqında qabaqcıl proqnozlar və real vaxt məlumatları çatdırmaq üçün 50 ölkədə peyk görüntülərindən istifadə edir və məhsul məhsuldarlığı və quraqlıq kimi məsələlərdə uzunmüddətli tendesiyaları proqnozlaşdırmaq üçün alətlər təklif edir.

Yanvarın 30-da administrator Pauer USAID-in SERVIR-ə əlavə 11 milyon dollar ayıracağını bildirib.

"Bu məlumatlar yalnız təcili xilasedici fəaliyyətə rəhbərlik etməyə kömək etməyəcək, həm də ölkələrə həlləri prioritetləşdirməyə yardım məqsədilə uzunmüddətli ehtiyacları proqnozlaşdıracaq".

USAID həmçinin innovativ düşüncəni təşviq edir.

“İqlim davamlılığını gücləndirmək üçün innovasiyalar hazırda geridə qalır. Biz bunu dəyişməliyik. Məsələn, quraqlığın artması qlobal ərzaq təhlükəsizliyi üçün fəlakətli nəticələrə səbəb ola bilər. Biz quraqlığa dözümlü yeni toxumlar və yetişdirmə üsullarını inkişaf etdirmək üçün universitet tərəfdaşları ilə əsas tədqiqatlara sərmayə qoymuşuq. Biz kənd təsərrüfatı şirkətlərinə və universitetlərə qarğıdalı və düyü kimi quru iqlimlərə daha yaxşı dözə bilən əsas bitkilərin toxumlarını inkişaf etdirmək üçün qrantlar verdik” - deyə, Pauer bildirib.

"Uyğunlaşdırılmış Bitkilər və Torpaqlar üçün Baxış (VACS) vasitəsilə biz Dövlət Departamenti və Afrika tədqiqatçıları ilə birlikdə lobya və darı kimi yerli bitkilərin daha davamlı versiyalarını yaratmaq üçün bu işi genişləndiririk. Bu kimi yeniliklərin sürətli başlanğıcına yardım üçün dünyanın hər yerindən ideya və kapitaldan nə qədər çox istifadə etsək, iqlim fəlakətlərinin sistemlərimizi sarsıtmaması üçün bir o qədər sürətli həllər hazırlaya bilərik", Pauer bildirib.

XS
SM
MD
LG