Accessibility links

Breaking News

Girovların qaytarılması strategiyaları


Vudro Vilson Mərkəzində girov diplomatiyasını müzakirə edən Dövlət katibi Antoni Blinken deyib ki, 2021-ci ildən bəri 45 amerikalı girov azad edilib, “o cümlədən yalnız dekabr ayında Venesuelada haqsız yerə saxlanılan altı Amerika vətəndaşı vətənə qaytarılıb.”

“Ancaq bu siyahıda hələ də çox adam var” - deyə o bildirib.

Onların arasında Rusiyada qanunsuz olaraq həbs edilən Pol Uilan və Evan Qerşkoviç də yer alır. Birləşmiş Ştatlar Qəzzada qalan girovları da evlərinə qaytarmağa çalışır.

Blinken deyib: “[Ailələrin] üzləşdiyi əzab - sadəcə bilməmək, yaxınlarının taleyini bilməmək bizim təsəvvürlərimizdən kənardır. Təəssüf ki, bu, yüksələn trendin bir hissəsidir. Getdikcə daha çox dövlət, habelə qeyri-dövlət aktyorları insanları haqsız olaraq çox vaxt siyasi piyada kimi həbs edirlər. Bu təcrübə xaricdə səyahət edən, bizneslə məşğul olan, yaşayan hər kəsin təhlükəsizliyini təhdid edir. Bu, əlbəttə ki, qurbanların fərdi insan hüquqlarının həyasızcasına pozulması, beynəlxalq hüququn pozulması, dövlət suverenliyinin və ilk növbədə, onların təməl humanizminin pozulmasıdır”.

Blinken deyib ki, insanları evə gətirmək bizim əsas məqsədimizdir, "amma bu, özlüyündə həqiqətən böhranı həll etmək üçün kifayət deyil.

“Beynəlxalq ictimaiyyət gələcək həbslərin qarşısını almaq üçün birləşməlidir ki, biz bu təcrübəyə birdəfəlik son verə bilək. Bunun ən təsirli yolu isə kollektiv fəaliyyətdir”- deyə, Dövlət katibi əlavə edib.

“Dövlət-dövlət Münasibətlərində Özbaşına Həbslərə Qarşı Bəyannamənin arxasında duran ruh budur. İndi 74 ölkə və Avropa İttifaqı bu təşəbbüsü imzalayıb. Biz 2021-ci ilin yanvarında bəyannaməni təsdiqlədiyimiz üçün qürur duyuruq”, Blinken deyib.

O bildirib ki, bu koalisiya özbaşına həbslərin maliyyə və reputasiya xərclərini artırır və ona qarşı qlobal təzyiqi gücləndirir.

“Birlikdə biz aydın bir mesaj göndəririk: Vətəndaşlarımız insan alveri fişləri deyil. Onlar siyasi piyada deyillər. Hər hansı bir ölkə vətəndaşlarımızdan hər hansı birini haqsız yerə həbs etsə, biz onları məsuliyyətə cəlb edəcəyik. İnsanları evə gətirmək və gələcək həbsləri qarşısını almaq üçün yeganə ən güclü vasitəmiz ümumi insanlığımıza əsaslanan kollektiv iradəmiz və kollektiv fəaliyyətimizdir. Ailələr birləşməyincə və bu təcrübə birdəfəlik dayanmayınca, biz dayanmayacağıq.”

XS
SM
MD
LG