Accessibility links

Breaking News

USAID Ukraynanın əkin sahələrinin bərpasına çalışır


İki il əvvəl Ukraynada müharibə başlayandan bəri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 17 milyon ukraynalı (ölkə əhalisinin təxminən yarısı) üçün 29 milyard dollardan çox vəsait toplayıb. Bu dəstək nəinki məcburi köçkün ukraynalıların və cəbhə xəttində yaşayanların sağ qalmasına yardım edib, həm də Ukraynaya uzunmüddətli güc və özünə inam yaratmağa kömək edib.

USAID-in administratorunun müavini İsobel Koulman deyir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməkdə məqsədlərindən biri ölkəni iqtisadi cəhətdən diz çökdürmək olub.

“Bununla belə, o, bu məqsədində uğursuz olub. Ukraynanın dostları, o cümlədən ABŞ, Avropa müttəfiqləri və dünyanın hər yerindən olan ölkələr, ukraynalı fermerlərin əkin sahələrində işləmələrinə yardım üçün birlikdə çalışıb. Biz USAİD-də ukraynalı fermerlərin üçdə birindən çoxu ilə işləmişik ki, onları toxum, gübrə, maliyyələşdirmə və kənd təsərrüfatı məhsullarını dərhal ixrac edə bilməyəndə əlavə anbarla təmin edək”.

“USAID alternativ ixrac marşrutlarını gücləndirmək və Qara dənizdəki zədələnmiş limanları bərpa etmək üçün sərmayə cəlb etməyə çalışıb” - deyə, administrator müavini Koulman bildirib.

“Biz Ukrayna ixracatçıları ilə işləmişik və onları daha böyük taxıl vaqonları ilə təmin etmişik ki, onlar Dunay limanlarına və oradakı barjalara daha çox taxıl daşıya bilsinlər. Biz irəli-geri gedə bilən və dəniz pilotlarını qurudan gəmilərin özlərinə gətirə bilən pilot gəmiləri təmin etmək və həmin Dunay limanlarında kənd təsərrüfatı məhsullarının boşaldılması prosesini sürətləndirmək üçün limanların özləri ilə işləmişik. Biz emal prosesini sürətləndirmək üçün müxtəlif sərhəd keçidlərinə investisiyaları artırmışıq.

Bu strategiya işləyir. Bu gün Ukrayna iqtisadiyyatı artıma qayıdıb. Müəssisələr və beynəlxalq investisiyalar geri qayıdır.

USAİD siyasət islahatlarını dəstəkləməklə, bu tərəqqinin yaxşılaşdırılmasına sadiqdir:

“Biz fermerlərin keçmişdə olduğu kimi daha da məhsuldar olması üçün ehtiyac duyduqları enerji və suvarmadan istifadə etmələrinə əmin olmaq üçün Putin qüvvələrinin ölkə daxilində törətdiyi dağıntılara baxırıq”.

Koulman qeyd edib ki, Ukraynanın kənd təsərrüfatı dünyanın ən həssas ölkələrindən bəzilərini ərzaqla təmin edir. İstehlak zənbilinin dəstəkləməsi dünyanı qidalandırmaq üçün çox vacibdir.

XS
SM
MD
LG