Accessibility links

Breaking News

NATO-nun 75 yaşı tamam oldu


NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xarici işlər nazirlərinin toplantısı zamanı xarici işlər nazirləri NATO-nun baş katibi Yens Stoltenberq (ortada) ilə rəsmi foto şəkil çəkdirirlər, 3 aprel 2024.
NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xarici işlər nazirlərinin toplantısı zamanı xarici işlər nazirləri NATO-nun baş katibi Yens Stoltenberq (ortada) ilə rəsmi foto şəkil çəkdirirlər, 3 aprel 2024.

“Şimali Atlantika Müqaviləsi Təşkilatı( NATO) 12 qurucu üzvü ilə transatlantik sülhü qorumaq üçün 75 il əvvəl yaradılıb. Son yetmiş il ərzində NATO Dəmir Pərdənin Qərbi Avropanın azad dövlətlərini əhatə etməsinin, Sovet İttifaqı ilə müharibənin qarşısını almağa və yeni müstəqil dövlətlərə demokratiya yolu ilə irəliləməyə kömək edib”, . Brüsseldə NATO-nun 75 illiyi qeyd olunan zaman ABŞ dövlət katibi Antoni Blinken tədbirdə çıxışı zamanı bildirib.

“Biz cəsarəti və həyatlarını təhlükəyə atmaq istəyi ilə bir-birimizi müdafiə etmək üçün müqəddəs öhdəliyimizə əhəmiyyət verən milyonlarla əsgərə, dənizçiyə, aviatora borcluyuq”, Blinken qeyd edib.

İllər keçdikcə NATO-nun qurucularının qabaqcadan görə bilmədiyi yeni problemlər ortaya çıxıb. Lakin Blinken deyib ki, alyans birlikdə bu təhlükələrə cavab verir.

“Son üç il ərzində biz çəkindirmə qabiliyyətimizi artırdıq, şərq cinahımızı gücləndirdik, müdafiə sənayesi potensialımıza sərmayələri artırdıq, yeni Strateji Konsepsiyanı işə saldıq, iki müstəsna qabiliyyətə malik olan yeni üzvləri [Finlandiya və İsveç] quruma üzv kimi alqışladıq. Bütün işləri liderlərimiz iyul ayında Vaşinqton Sammitində həyata keçirəcəklər”, Blinken bildirib.

Dövlət katibi Blinken NATO-nun müdafiə ittifaqı olduğunu təkrarlayıb. "Onun heç bir başqa ölkənin ərazisinə iddiası heç vaxt olmayıb və olmayacaq," o deyib.

"Trumenin dediyi kimi, bu müdafiə alyansının məqsədi hamı üçün daha dolğun və xoşbəxt həyata nail olmaq üçün bizə həyatın əsl işi, hökumətin real işi, cəmiyyətin əsl işi ilə məşğul olmaq imkanı verməkdir”, o bildirib.

“Beləliklə, NATO-nun uğurunun əsl ölçüsü təkcə onun qarşısını aldığı düşmənlər və ya müdafiə etdiyi ərazilər deyil, həm də vətəndaşlarımızın öz təhlükəsizliklərindən istifadə etmələri, həyatlarını maddi şəkildə yaxşılaşdırmaq üçün azadlıqlarından istifadə etmələridir” - deyə, Blinken əlavə edib.

Dövlət katibi deyib: “Təəccüblü deyil ki, demokratiyalar alyansa qoşulmaq üçün böyük fədakarlıqlar etməyə davam edir. Beləliklə, biz bu qeyri-adi alyansın ildönümünü qeyd edərkən gəlin, sülhün əsaslarını möhkəmləndirməyi, həmçinin yeni yaranacaq təhlükələrin həllini öhdəmizə götürək."

“Nəhayət gəlin, birlikdə 75 il ərzində qurduğumuz hər şeyi NATO-nun qalxanı altında qoruyaq və onun gələcək 75 il ərzində və bundan sonra da qurmağı davam etdirmək üçün güclü qalmasını təmin edək”, Blinken bildirib.

XS
SM
MD
LG