ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı siyasi məsələlər üzrə alternativ nümayəndəsi Robert Vud deyib: “Birləşmiş Ştatlar İran İslam Respublikası və onun militant müvəkkilləri və tərəfdaşları tərəfindən İsrail dövlətinə qarşı görünməmiş hücumu qəti şəkildə pisləyir. İranın niyyəti İsraildə əhəmiyyətli zərər və ölümə səbəb olmaq idi. O, İsrailə 100-dən çox ballistik raket və qurudan qanadlı raketlər, həmçinin partlayıcı pilotsuz uçuş aparatları daxil olmaqla, 300-dən çox döyüş sursatı atıb. İranın ehtiyatsız hərəkətləri təkcə İsraildəki əhali üçün deyil, İordaniya və İraq da daxil olmaqla, regiondakı digər BMT-yə üzv dövlətlər üçün təhlükə yaradıb”.
Səfir Vud deyib ki, İran xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun hərəkətləri vasitəsilə beynəlxalq hüquqi öhdəliklərini uzun müddətdir kobud şəkildə pozmaqda davam edir.
“Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozaraq Hizbullahı silahlandırmaq, 2216 saylı qətnaməni açıq şəkildə pozaraq, husilərin Səudiyyə Ərəbistanı və BƏƏ-yə hücumlarını asanlaşdırmaq və son zamanlar Qırmızı dənizdə ticarət və kommersiya gəmilərinə hücumlara imkan yaratmaqla 2722 saylı qətnaməyə zidd olaraq dəfələrlə beynəlxalq hüququ pozub”.
Səfir Vud deyib: “İran da geniş mənada İsrailə qarşı 7 oktyabr hücumunun iştirakçısı olub. Belə ki, o, HƏMAS-ın hərbi qanadına əhəmiyyətli maliyyə vəsaiti və təlimlər verib.
O, Təhlükəsizlik Şurasından “İranın təcavüzkar hərəkətlərini birmənalı şəkildə pisləməyə və İranı, onun tərəfdaşlarını hücumlarını dayandırmağa çağırmasını” istəyib.
ABŞ İsrailin bu hücum qarşısında özünü müdafiə etmək hüququndan istifadə etməsini dəstəkləyir.
Vud vurğulayıb: “Açıq deyim ki, əgər İran və ya onun dəstəklədiyi qüvvələr ABŞ-a qarşı və ya İsrailə qarşı növbəti addımlar atsa, bunun məsuliyyətini İran daşıyacaq”.
Hər hansı bir gərginliyin qarşısını almağın ən yaxşı yolu Təhlükəsizlik Şurasının İranın misli görünməmiş, genişmiqyaslı hücumunu birmənalı şəkildə pisləməsi ona və onun proksiləri və tərəfdaşlarına növbəti zorakılıqdan çəkinmələri üçün birmənalı çağırışdır.