Accessibility links

Breaking News

Qəzzaya humanitar yardımda irəliləyiş


Oktyabrın 7-də HƏMAS-ın terror hücumu nəticəsində yaranan İsrail-HƏMAS münaqişəsinin başlanğıcından bəri ABŞ günahsız fələstinlilərin əzabını yüngülləşdirmək üçün Qəzzaya humanitar yardım səylərinə rəhbərlik edir.

Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi elçi Devid Satterfild mətbuat brifinqində deyib ki, “Son bir neçə ay ərzində yardımın həcmi kəskin şəkildə artıb. İsrail son iki həftə ərzində əhəmiyyətli addımlar atıb. Erez və əlavə şimal keçidi humanitar yardımın çatdırılması üçün istifadəyə verilir. Bu, bizim istəyimizlə olub. Qəzzanın mərkəzinə gedən 96-cı qapı artıq bir neçə həftədir açıqdır və BMT tərəfindən yardımın Qəzzəyə daşınması üçün istifadə olunur”.

“Bizim istinad etdiyimiz kimi İordaniya kanalı – Əmman yaxınlığındakı humanitar mərkəzdən birbaşa Qəzzaya yardım aparan İordaniya yük maşınları da hazırda Kerem Şalom vasitəsilə Qəzzaya axır. Lakin yaxın gələcəkdə çayın o tayından birbaşa İsrail üzərindən şimal keçidlərinə və paylanmaq üçün Qəzzaya yardım çatdırılacaq”, səfir Satterfild deyib.

“Gələcək bir neçə həftə ərzində qurudan və dənizdən hərəkət edən yardım artan həcmdə olacaq. Hələ görüləsi xeyli iş var, lakin irəliləyiş əldə olunub”- deyə, o əlavə edib.

Humanitar yardım işçiləri ilə İDF personalı arasında “real vaxt rejimində işləyən” effektiv kommunikasiya mexanizminin əldə edilməsində də irəliləyiş əldə edilib.

Səfir Satterfild “Həddən çox humanitar işçi öldürülüb” deyib.

Satterfild də HƏMAS-a diqqət çəkib: “13 sentyabr 1993-cü il Oslo razılaşmasından sonra HƏMAS-ə Oslo prinsipləri adlandırdığımız şeyi qəbul etmək seçimi verilib: “Zorakılıqdan qaçınmaq; Fələstin-İsrail məsələsinin danışıqlar ilə sülh yolu ilə həllini qəbul etmək; HƏMAS isə öz ideoloji və siyasi səbəblərindən ambisiyalarını həyata keçirmək üçün şiddət, təhdid lehinə seçim edib. Bunun ən böyük qurbanları təkcə oktyabrın 7-də zorakılıq paroksismində qətlə yetirilən israillilər deyil, fələstinlilərin özləri olub”.

Səfir Satterfild bəyan edib ki, “İsrailin bütün bu humanitar addımları təmin etmək üçün qoyduğu tələblərə düzgün diqqət yetirməklə, burada iztirablara görə məsuliyyət daşıyan əsas aktyorun terror qruplaşması HƏMAS olduğunu unutmayaq”

XS
SM
MD
LG