Accessibility links

Breaking News

Rəqəmsal həmrəyliyin qurulması


ABŞ Dövlət katibi Antoni Blinken. San Francisko, Kaliforniya. 6 may, 2024.
ABŞ Dövlət katibi Antoni Blinken. San Francisko, Kaliforniya. 6 may, 2024.

Dövlət katibi Antoni Blinken yaxınlarda dərc olunan Birləşmiş Ştatların Beynəlxalq Kiberməkan və Rəqəmsal Siyasət Strategiyasında yazıb ki, ABŞ-ın kiberməkanla bağlı strategiyasının mərkəzində “rəqəmsal həmrəylik yaratmaq səyi, yəni zərərli kiber fəaliyyətin və digər rəqəmsal zərərlərin qurbanlarına qarşılıqlı yardım təklif etmək üçün birlikdə işləmək dayanır.”

ABŞ-ın Kiberməkan və Rəqəmsal Siyasət Bürosu katib müavininin baş yardımçısı Cennifer Bakus rəqəmsal həmrəyliklə bağlı Almaniya hökumətinin Rusiyanın APT28 qrupunun alman siyasi partiyasını hədəf alan zərərli kiber fəaliyyətini aşkar edəndən sonra ABŞ-a müraciət etdiyi zaman Birləşmiş Ştatların gördüyü işi nümünə göstərib.

“O [Almaniya] bizə müraciət etdi. O bizdən bu fəaliyyəti kimin həyata keçirdiyini müəyyən etməyə kömək etməyimizi istədi. O bizə bizim təsdiq edə bildiyimiz məlumatlar vedir və biz bu fəlaiyyətin kimə olduğunu aid etmək səylərinə həm ikitərəfli qaydada həm də NATO vasitəsilə dəstək verə bildiyimizə görə çox məmnun olduq…Biz Aİ və NATO müttəfiqlərimizlə birlikdə bu fəaliyyəti pislədik və pozucu kiber fəaliyyətlərə qarşı mübarizə aparmaq və zərərli kiber aktyorları məsuliyyətə cəlb etmək səylərini dəstəklədik.”

Katib müavininin baş köməkçisi Bakus qeyd edib ki, APT28 Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin (QRU) bir hissəsidir və “sabitliyi pozan və pozucu davranışlarla məşğul olan çox uzun tarixə malik tanınmış zərərli kiber qurumdur.”

“Birləşmiş Ştatlar daha öncə də APT 28 ilə əlaqəsi olan aktyorları Ümumdünya Antidopinq Agentliyini hədəf alan davamlı “hakerlik etmək və sızdırmaq” əməliyyatları və 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləyə yönəlmiş kiber fəaliyyətlər kimi çox sayda bədniyyətli kiber fəaliyyətlərdəki rollarına görə təqsirli tanıyıb və sanksiya tətbiq edib,” o deyib. “Əlbəttə, bunlar APT28 ilə əlaqəli çoxsaylı bədxassəli, pozucu və sabitliyi pozan fəaliyyətlərdən yalnız bir neçəsidir.”

Almaniyaya hücum məsələsində isə ABŞ Ədliyyə Departametni APT28 tərəfindən hücumlarını həyata keçirmək üçün istifadə olunan kiçik ofis və ev ofisi ruterlər şəbəkəsini bərpa etməyə yardım edib və ABŞ QRU-nun düzəldilmiş cihazlara yenidən çıxış əldə etməsinin qarşısını almağa kömək edib.

“Biz hamımız dərk etməliyik ki, sabitliyi pozan kiber müdaxilələr həyata keçirmək üçün fürsət axtarmağa davam edən kiber aktyorlar var,” Katib müavininin baş köməkçisi Bakus deyib. Bizim həmrəyliyə ehtiyacımız var ki, bu “ortaq məqsədlər üzərində birlikdə işləmək, birlik olmaq, tərəfdaşlara potensialın yaradılmasına kömək etmək və qarşılıqlı dəstək vermək” daxildir.

XS
SM
MD
LG