Accessibility links

Breaking News

Qəzzada ehtiyacı olan insanlara yardım


Qəzza zolağı. 30 aprel, 2024.
Qəzza zolağı. 30 aprel, 2024.

Qəzzada humanitar vəziyyət çox pis olaraq qalır. Birləşmiş Ştatlar bu böhranın təsirlərini aradan qaldırmaq məqsədilə bütün mövcud vasitələrlə yardımı artırmaq üçün davamlı şəkildə işləməyə davam edir.

USAID-nin cava tədbirləri idarəsinin direktoru Dan Dikhaus bu yaxınlarda keçirilən brifinqdə deyib ki, Qəzzanın bütöv əhalisi – təxminən 2.2 milyon insan – kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir. Bu isə o deməkdir ki, onların ərzaq yardımına ehtiyacları var və aclıq təhlükəsi yaxınlaşır.

“Qəzzanın şimalında əhalinin yarısından çoxu fəlakətli dərəcədə ərzaq təhlükəsizliyi ilə üzləşir və orada uşaqların demək olar 30 faizi kəkin dərəcədə az qidalanır. Cənubda, Qəzzanın cənubunda, əhalisinin təqribən dörddə biri bu cür ərzaq təhlükəsizliyi ilə üzləşir.”

Qəzzada dəhşətli vəziyyər İsrail qüvvələrinin Rəfaha daxil olması ilə daha da pisləşib. Cənab Diekhaus deyib ki, nəticədə mayın 6-dan bəri təxminən 640 min insan qaçmağa məcbur qalıb. Humanitar aktyorlar vacib sərhəd keçidinin bağlanması səbəbilə Rəfaha yardım çatdırmaqda, habelə pisləşəyən vəziyyətə görə anbarlara çıxış əldə etməkdə və yardımı paylamaqda ciddi çətinlik çəkinlər.

Vitse-admiral Bred Kuper brifinqdə deyib ki, Qəzza xalqına bütün mümkün yollarla, o cümlədən quru, hava və indi də dəniz yolu ilə humanitar yardım axınını artırmaq üçün beynəlxalq səylər aparılır:

“İndiyədək Birləşmiş Ştatlar, ondan çox tərəfdaşla birlikdə 38-dən çox havadan humanitar yardım çatdırma missiyasını həyata keçirib. Bu missiyalarda diqqət humanitar yardımı havadan əsasən Qəzzanın şimalına atmağa yönəlmişdi. Biz tərəfdaşlarımızla birlikdə Qəzzaya hava yardımı ilə 3 milyondan çox yemək göndərmişik ki, onlardan 1 milyondan çox Birləşmiş Ştatlardan olub.”

Cənab Dikhaus izah edib ki, USAID hazırkı səyləri humanitar yardımın quru yolu ilə çatdırılması səviyyəsinə yüksəltmək üçün dəniz dəhlizinin yaradılması üçün Müdafiə Nazirliyi ilə koordinasiya edir:

“Bu dəniz dəhlizinə humanitar təşkilatlara müstəqil, neytral və qərəzsiz şəkildə xilasedici yardım almaq və çatdırmaqda kömək etmək üçün Aralıq dənizində Qəzza sahilindən birbaşa Qəzzaya aparan müvəqqəti estakadanın tikintisi daxildir.”

Dikhaus deyib ki, “Biz həyat qurtaran yardımın ehtiyacı olan mülki şəxslərə bütün yollarla çatmasını təmin etmək üçün işləməyə davam edirik və biz həyatları xilas etmək və ən çox ehtiyacı olanların iztirablarını yüngülləşdirmək üçün əlimizdən gələni etməyə davam edəcəyik.”

XS
SM
MD
LG