Accessibility links

Breaking News

Rusiyanın ərazi işğalı müharibəsinə başlamasından 27 ay ötür


Mayın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən iyirmi yeddi ay keçir. “Bu, Ukrayna xalqı üçün 800 gündən çox ölüm, dağıntı, genişmiqyaslı viranəlik və son dərəcə böyük iztirab deməkdir,” BMT-nin Silahsızlanma Məsələləri üzrə Ali Nümayəndəsi İzumi Nakamitsu deyib. O xəbərdarlıq edib ki, “hər hansı silah və sursat ötürülməsi qüvvədə olan beynəlxalq hüquqi çərçivə daxilində olmalıdır.”

Və gözlənildiyi kimi, Rusiya, keçmişdə də olduğu kimi, yenidən müharibəyə görə günahı Ukraynanı özünü müdafiə etmək üçün imkanlarla təmin etdiyinə görə, Qərb ölkələrinin üzərinə atmağa çalışıb.

“Rusiyanın müharibəni öz aqressiyası deyil, Ukraynaya dəstəyin uzatdığına dair iddiası həm qeyri-səmimi olduğu qədər abırsızdır da,” ABŞ-ın xüsusi siyasi məsələlrər üzrə alternativ nümayəndəsi Robert Vud deyib.

“Rusiya 140-dan çox ölkənin onun Ukraynaya qarşı aqressiyasını dəfərlərlə qınaması və Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisindən dərhal çıxmasını çağırması faktını rahatlıqla göz ardı edir,” o deyib. “Biz bunu göz ardı etməsini anlayırıq, çünki bu fakt əlverişsizdir. Bu, Moskvanın ‘Qərbə’ qarşı müharibə apardığına dair narrativlə uyğun gəlmir. Bu, Moskvanın bir başqa BMT üzvü olan ölkəni amansızcasına özünə tabe etdirməyə cəhd etdiyi bir vaxtda belə qurban olduğuna dair narrativinə uyğun gəlmir.”

Fakt budur ki, “Rusiya Şuranın qətnamələri açıq-akar pozduğu bir vaxtda, bu Şuraya çağırış edir,” səfir Vud deyib. “Rusiya qüvvələri ötən dekabrdan bəri Şimali Koreyanın balistik raketlərindən istifadə edərək Ukraynaya ondan çox zərbələr endirib.” Rusiya həmçinin İrandan silah və Çindən isə böyük dəstək alır.
“Açıq deyim: Rusiya bu dəstək olmasa ərazi işğalı müharibəsini davam etdirə bilməzdi,” o bildirib.

Nəhayət, “bu ayın əvvəlində Birləşmiş Ştatalar Ukraynaya qarşı kimyəvi silahlardan istifadə etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq edib,”səfir Vud bildirib. “Bizim qiymətləndirməmiz odur ki, Rusiya qüvvələri Ukrayna qüvvələrini möhkəmləndirilmiş mövqelərdən çıxarmaq üçün döyüş üsulu kimi kimyəvi silah olan xloropikrindən və iğtişaşlara nəzarət agentlərindən istifadə edib…Birləşmiş Ştatlar istənilən yerdə, istənilən şəraitdə hər kimsə tərəfindən kimyəvi silahdan istifadəni ən sərt şəkildə pisləyir.”

“Biz bütün ölkələri, Rusiya ilə Ukraynaya qarşı qanunsuz aqressiya müharibəsini dəstəkləməyə yönələn hərbi əməkdaşlığını dayandırmağa çağırırıq,” səfir Vud deyib.

“Rusiya hücumlarını dayandırıb, Ukraynadan geri çəkilməyənədək, Birləşmiş Ştatlar BMT Xartiyasının 51-ci müddəasına uyğun olaraq, Ukraynanı özünü müdafiə etmək üçün ehtiyacı olanlarla təmin etməyə sadiq qalacaq.

XS
SM
MD
LG