Accessibility links

Breaking News

Tyananmen meydanı qırğınının 35-ci ildönümü


China Tiananmen Anniversary
China Tiananmen Anniversary

Bu ay Tyananmen meydanı qırğının 35-ci ildönümü qeyd olunur. “Biz azadlıq, insan hüquqları, korrupsiyaya son qoyulmasını müdafiə etdiklərinə görə qəddarcasına hücuma məruz qalan on minlərlə dinc çinli demokratiya tərəfdarı etirazçılarının xatirəsini yad edirik,” Dövlət katibi Antoni Blinken bəyanatında bildirib. “35 il sonra həmin gündə itkilərin həqiqi sayı hələ də bilinmir, amma biz 1989-cu il iyunun 4-də və sonrakı günlərdə öldürülən və həbs edilənlərin hamısının xatirəsini yad edirik.”

“Biz həmçinin ölkə boyu, o cümlədən Sincan, Tibet və Honq Konqda susdurulan çox sayda səsi yad edirik,” dövlət katibi Blinken bildirib. Dövlət Departamentinin ən son insan hüquqları hesabatına əsasən “[2023-də] Çində əsasən müsəlman uyğurlar və Sincanda başqa etnik və dini azlıq qrupların üzvlərinə qarşı soyqırım və başqa insanlıq əleyhinə cinayətlər törədilib.” 2017-ci ildən bəri bir milyondan çox uyğur və əsasən müsəlman olan digər azlıq qruplarının üzvləri məhkəmədənkənar həbs düşərgələrində, həbsxanalarda saxlanılıb və naməlum sayda daha çox insan yalnız gündüz keçirilən “yenidən təhsil” təliminə məruz qalıb.

Honq Konqda 2020-ci ildə qəbul edilən Milli Təhlükəsizlik Qanunu oradakı hökumət tərəfindən demokratiya tərəfdarı fəalları həbs edib, mühakimə etmək və cəza vermək üçün istifadə olunur. Mətbuat azadlıqları da ciddi şəkildə məhdudlaşdırılıb.

İnsan hüquqları hesabatına əsasən, Çində çox sayda siyasi məhbus ya hələ də həbsxanada ya da başqa formada həbsdə saxlanılır ki, onlar arasında yazıçılar Quo Feişionq, uyğur alim İlham Tohri və tibetli buddist rahib Qo Şerab Gyatso var.

“Biz [Çin Xalq Respublikasının] sərhədləri daxilində və kənarda insan hüquqlarının pozulmasına görə cavabdehliyini təşviq etmək üçün öz sözümüzü deməyə və beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyik,” katib Blinken bildirib. “Biz cəsur Tyananmen nümayişçilərinin Çin Xalq Respublikasının imzaladığı Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş insan hüquqları və əsas azadlıqları tanımağa və onlara hörmət etməyə dair çağırışını təkrarlayırıq”.

Birləşmiş Ştatlar həmçinin Çin Xalq Respublikasını bu il insan hüquqlarının vəziyyətinin Universal Mütəmadi İcmalında edilən tövsiyyələri qəbul etməyə, o cümlədən ixtiyari və haqsız olaraq həbs etdiyi şəxsləri qeyd-şərtsiz azad etməyə çağırır.

Pekin 4 iyunun xatirəsini yatırmağa çalışdığı bir vaxtda, Birləşmiş Ştatlar insan hüquqları və fərdi azadlıq uğrunda mübarizəni davam etdirənlərlə həmrəydir. Otuz beş il əvvəl Tyananmen meydanında ayağa qalxan insanların cəsarəti və fədakarlığı unudulmayacaq.

XS
SM
MD
LG