Accessibility links

Breaking News

Azərbaycanda ifadə azadlığına basqılar davam edir


“Abzas Media”-nın direktoru Ülvi Həsənli 2023-cü il, noyabrın 20-də saxlanılıb.
“Abzas Media”-nın direktoru Ülvi Həsənli 2023-cü il, noyabrın 20-də saxlanılıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar “Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin həbslərinin davam etməsindən dərindən narahatdır”.

O, mətbuat brinfiqində Azərbaycanın tanınmış iqtisadçı analitiki və jurnalist Fərid Mehrəlizadənin həbsi ilə bağlı suala cavabda belə deyib.

Mehrəlizadə mayın 31-də korrupsiyaya qarşı mübarizə aparan müstəqil xəbər agentliyi AbzasMedia-ya qarşı hökumətin sual doğuran cinayət işi ilə bağlı polis tərəfindən saxlanılıb. Noyabr ayından bəri AbzasMedia-nın çox sayda jurnalisti hakimiyyət tərəfindən saxlanılıb.

Digər jurnalistlər, o cümlədən Toplum onlayn telekanalının bir neçə jurnalisti bu ilin əvvəlində Azərbaycanda müstəqil səsləri, xüsusən də hökumətin korrupsiyasını ifşa edənləri hədəf alan repressiya kampaniyası çərçivəsində həbs edilib.

Məsələ ondadır ki, həm AbzasMedia rəhbərliyi, həm də Fərid Mehrəlizadə hazırda Azərbaycandan kənarda fəaliyyət göstərən AbzasMedia-da işləmədiyini, qurumun əlaqə saxladığı yüzlərlə ekspertdən biri olduğunu deyir.

ABŞ Dövlət Departamentinin sonuncu insan haqları hesabatında Azərbaycanda “əhəmiyyətli insan hüquqları pozuntuları” arasında “jurnalistlərə qarşı zorakılıq, əsassız həbslər və ya jurnalistlərin təqibi və cinayət məsuliyyətinin tətbiqi də daxil olmaqla, ifadəni məhdudlaşdırmaq üçün diffamasiya qanunları ilə ifadə azadlığına və media azadlığına ciddi məhdudiyyətlər” sadalanır.

Dövlət Departamentinin sözçüsü Miller deyib ki, “ifadə azadlığı da daxil olmaqla, fundamental azadlıqlarından istifadə edənlər buna görə həbs olunmamalıdır.”

“Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə və hər kəsin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik,” Miller bildirib.

XS
SM
MD
LG