Accessibility links

Breaking News

Ukraynada mülki əhali arasında itkilərin sayı yenidən artıb


ABŞ-ın BMT-dəki Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndəsi Robert Vud deyib: “Mayın 10-da Rusiya Federasiyası Ukraynanın Xarkiv vilayətinə qarşı hücuma keçib. Dünya bundan sonra baş verən dağıntıların şahidi olub. Rusiya raketləri yaşayış binaları, ticarət mərkəzləri və kitab nəşri obyektlərini vurub. Rusiyanın raketləri mülki infrastruktura hücum praktikasının davamı olaraq Xarkivin enerji sisteminə zərbələr endirib”.

Həqiqətən də may ayı Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2023-cü ilin iyunundan bəri Ukraynada dinc əhali arasında itkilərin sayına görə ən ölümcül ay olub. Bu itkilərin yarıdan çoxunu Xarkivdəki döyüşlərə aid etmək olar.

“Rusiya beynəlxalq müşahidəçilərə və humanitar təşkilatlara işğal etdiyi Ukrayna ərazisinə, habelə Rusiyada hərbi əsirlərin və mülki vətəndaşların saxlandığı obyektlərə girişi qadağan etməkdə davam edir. Mayın 31-də, aylar sonra ilk əsir mübadiləsindən sonra Ukraynaya geri qaytarılan əsirlərin döyülmüş və pis qidalanmış bədənlərinə baxanda Putin Rusiyanın Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklərinə hörmət etmir”, səfir Vud bildirib“.

Səfir Vud deyib ki, Rusiya həmçinin “bu müharibənin ən həssas qurbanlarının Ukrayna kimliyindən məhrum edilməsi üçün sistematik kampaniyanın bir hissəsi olaraq ukraynalı uşaqların zorla köçürülməsi və deportasiyasını davam etdirir. Həssas vəziyyətdə olan uşaqlar ukraynalı baxıcılardan alınaraq Rusiyaya köçürülüb. Bir çox hallarda bu uşaqlara rus adları və pasportları verilir, ruslar tərəfindən övladlığa götürülür. Bu köçürmələr humanitar xarakter daşımır. Onlar müharibə cinayətləri sayıla bilər. Adların və vətəndaşlığın zorla dəyişdirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

“Rusiyanın hərbi cinayətlərinə dair sübutlar yaxşı sənədləşdirilib, onlar dəhşət doğurur və onların sayı hər gün artır. Buna baxmayaraq, Ukrayna BMT Nizamnaməsinin prinsiplərinə uyğun olan ədalətli və davamlı sülh düsturunu inkişaf etdirməkdə davam edir” - deyə, səfir Vud bildirib.

“Biz bütün ölkələri Ukraynanın BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olaraq ədalətli və davamlı sülh əldə etməsini dəstəkləməyə çağırırıq. Biz təəssüf edirik ki, Rusiya davamlı sülhə dair xoşməramlı danışıqlara və ya öhdəliyə heç bir dəstək vermir və buna hazır deyil. Birləşmiş Ştatlar ədalətli və davamlı sülhə nail olmaq istəyən Ukraynanın yanında olacaq. Biz bu işğalçı müharibənin qurbanları üçün ədalətə çağırmaq və məsuliyyət daşıyanların cavabdehlik daşıması üçün çalışmaqda davam edəcəyik”, səfir Vud deyib.

XS
SM
MD
LG