Accessibility links

Breaking News

Rusiya amerikalı jurnalisti casusluq ittihamı ilə mühakimə edir


Wall Street Journal qəzetinin jurnalisti Evan Gerşkoviç Moskvada məhkəmə zalındakı şüşə qəfəsdə.
23 aprel, 2024. Moskva, Rusiya.
Wall Street Journal qəzetinin jurnalisti Evan Gerşkoviç Moskvada məhkəmə zalındakı şüşə qəfəsdə. 23 aprel, 2024. Moskva, Rusiya.

Rusiya hakimiyyəti amerikalı jurnalist Evan Gerşkoviçi casusluq ittihamı ilə mühakimə edəcəklərini açıqlayıb. Məhkəmə 2023-cü ildə Gerşkoviçin səfəri zamanı ilkin olaraq saxlanıldığı Yekaterinburq şəhərində keçiriləcək.

Gerşkoviç Rusiya Xarici İşlər Nazirliyi tərəfindən jurnalist kimi fəaliyyət göstərmək üçün akkreditasiyadan keçməsinə baxmayaraq, bir ildən çoxdur ki, Moskvanın bədnam Lefortovo həbsxanasında saxlanılır. Gershkoviç, onun işlədiyi Wall Street Journal və Birləşmiş Ştatlar hökuməti ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib. ABŞ hökuməti onu “səhv olaraq həbs edilmiş” kimi təyin edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın ittihamlarına “tamamilə etimad yoxdur” deyib.

“Bizə əvvəldən aydın idi ki, Evan heç bir səhv etməmişdir. O, həbs edilməməli idi. Jurnalistika cinayət deyil. Ona qarşı irəli sürülən ittihamlar saxtadır və Rusiya hökuməti onların yalan olduğunu bilir. O, dərhal azadlığa buraxılmalıdır,” Miller deyib.

O, ABŞ-ın Evan Geşkoviçi, habelə Rusiyada haqsız yerə 5 ildən artıq həbsdə saxlanılan Amerika vətəndaşı və keçmiş dəniz piyadası Pol Uilanı vətənə qaytarmaq üçün hər gün işini davam etdirəcəyini bildirib.

Dövlət Departamentinin insan haqları ilə bağlı ən son hesabatını dərc edərkən Dövlət katibi Antoni Blinken hər iki şəxsin həbsindən təəssüfləndiyini bildirib:

“Rusiya kimi hökumətlər siyasi məqsədlər üçün xarici vətəndaşları özbaşına həbs edir, insanlardan sövdələşmə obyekti kimi istifadə edirlər. Pol Uilan, Evan Gershkoviç və ədalətsiz tutulan hər bir şəxs azadlığa çıxmağa layiqdir. Birləşmiş Ştatlar və bizim çoxsaylı tərəfdaşlarımız onları ailələrinə qovuşdurmaq və bu acınacaqlı təcrübədə iştirak edən hökuməti məsuliyyətə cəlb etmək üçün hər gün işləməyə davam edəcək.”

Konqresdə bu yaxınlarda keçirilən dinləmələrdə çıxış edən ABŞ prezidentinin girovların işi üzrə xüsusi nümayəndəsi Rocer Karstens də qondarma girov diplomatiyası çağırışına kollektiv reaksiyanın zəruriliyini vurğulayıb.

“Bu problemin təbiəti qlobaldır və buna görə də həll yolu olmalıdır. Əminik ki, əcnəbi vətəndaşlardan sövdələşmə çipləri kimi istifadə xərclərini artırmaq üçün kritik tərəfdaşlar kütləsini bir araya gətirsək, pis aktyorların qarşısını effektiv şəkildə ala biləcəyik və diplomatiya vasitəsi kimi özbaşına həbslərə son verə biləcəyik,” Karstens bildirib.

XS
SM
MD
LG