Birləşmiş Ştatlar Keniyada təhlükəsizliyi müdafiə edir. Ölkədə vergilərin artırılmasını nəzərdə tutan maliyyə qanun layihəsinin təklif edilməsindən sonra paytaxt Nayrobidə kütləvi etirazlar başlayıb.
“Etirazçılara qarşı zorakılıq halları qeydə alınıb,” Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində deyib. Birləşmiş Ştatkar Keniya hökumətini “dinc nümayişlərə qarşı qeyri-öldürücü üsullardan istifadə etməyə və mülki əhaliyə zərərinin qarşısını almağa” çağırır.
“Beləliklə biz Nayrobi və Keniya boyu etirazlarda zorakılıq hallarını pisləyirik. Biz həyatların itirilməsi və xəsarətlərə görə kədərlənir və yaxınlarını itirən ailələrə başsağlığı veririk. Biz asayişi bərpa etmək və dialoq üçün imkan yaratmaq üçün təmkinə çağırırıq,” o deyib.
Keniya Prezidenti Vilyam Ruto qanun layihəsini geri çəkib. ABŞ Dövlət katibi Antoni Blinken yazılı bəyanatında Prezidenti Rutoya gərginliyi azaltmaq üçün addımlar atdığına və etirazçılar və vətəndaş cəmiyyəti ilə dialoq aparmağa söz verdiyinə görə təşəkkür edib. Dövlət katibi Blinken təhlükəsizlik qüvvələrinin zorakılığa əl atmamasının vacibliyini vurğulayıb və insan hüquqları pozuntuları ilə bağlı iddiaların operativ araşdırılmasına çağırıb.
Keniya həmçinin Haitidə təhlükəsizlik və rifahı bərpa etmək məqsədilə Çoxmillətli Təhlükəsizlik Dəstəyi Missiyasında sülhməramlı qüvvə olmaq üçün könüllü olaraq mühüm yol oynayıb. Sözçü Miller qeyd edib ki, Keniya və başqa ölkələrdən bütün personala yerləşdirilməzdən əvvəl insan hüquqları ilə bağlı intensiv təlim keçirilib.
Sözçü Miller deyib ki, Birləşmiş Ştatlar “MSS Missiyası ilə bağlı insan hüquqlarının hər hansı pozuntu və ya sui-istifadə hallarının qarşısını almaq, araşdırmaq, həll etmək və ictimaiyyətə bildirmək üçün kritik əhəmiyyətli hesabatlılıq və nəzarət tədbirlərini inteqrasiya etmək üçün” Keniya və digər tərəfdaşları ilə birlikdə işləyib.
“Biz əməkdaşlıq etməyə və missiyada iştirak edəcək kadrları yoxlamağa davam edəcəyik, çünki bu missiya həyata keçirildiyi bir vaxtda qanun və asayişi bərpa etmək üçün Haiti xalqının insan hüquqlarına hörmət edilməsi çox vacibdir.”
Keniya hökuməti və xalqı iqtisadi çətinliklərini həll etməyə çalışdığı bir vatxda Birləşmiş Ştatlar onlarla sıx işləməyə, eyni zamanda isə Keniyada və bütün dünyada insan hüquqlarına hörmət edildiyinə əmin olmağa sadiqdir.