İyulun 13-də silahlı şəxs Pensilvaniyada siyasi mitinqdə keçmiş prezident və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edib. Xoşbəxtlikdən onun üçün nəzərdə tutulan güllə yalnız sağ qulağına dəyib. Lakin daha bir Amerika vətəndaşı öldürülüb, bir neçə nəfər isə atəş açan şəxs tərəfindən ağır yaralanıb.
Oval Ofisdəki çıxışında Prezident Co Bayden vurğulayıb: "Biz Amerikada bu yolla gedə bilmərik. Amerikada bu kimi və ya hər hansı zorakılığa heç vaxt yer yoxdur. İstisna yoxdur. Biz bu zorakılığın normallaşmasına yol verə bilmərik."
"Bu ölkədə siyasi ritorika çox qızışıb." Prezident Bayden qeyd edib. "Onu soyutmağın vaxtıdır. Bunun üçün hamımız məsuliyyət daşıyırıq."
Prezident Bayden "Amerika demokratiyasında fikir ayrılığı qaçılmaz olsa da, siyasət "hərfi döyüş meydanına" çevrilməməlidir. Hesab edirəm ki, siyasət dinc müzakirələr, ədalətin ardınca getmək, İstiqlal Bəyannaməsi və Konstitusiyamızı rəhbər tutaraq qərarlar qəbul etmək üçün bir arena olmalıdır. Biz ekstremizm və qəzəb deyil, ədəb və mərhəmət Amerikasının tərəfdarıyıq. Amerika demokratiyasında “müzakirə edirik və razılaşmırıq. Biz namizədlərin xarakterini, qeydləri, məsələləri, gündəliyi və Amerikaya baxışını müqayisə edirik," Prezident Bayden bildirib.
"Ancaq Amerikada biz fikir ayrılıqlarımızı güllə ilə deyil, seçki qutusunda həll edirik. Amerikanı dəyişdirmək gücü sui-qəsdçinin əlində deyil, xalqın əlində olmalıdır," Bayden deyib.
"Lap əvvəldən təsisçilərimiz ehtirasın gücünü başa düşüb və buna görə də ağıl və tarazlığın kobud gücə qalib gəlmək şansı verən bir demokratiya yaradıb. Bu, bizim olmalı olduğumuz Amerikadır, arqumentlərin vicdanla irəli sürüldüyü Amerika demokratiyası, qanunun aliliyinə hörmət edilən Amerika demokratiyası, ədəb, ləyaqət və ədalətli oyunun sadəcə qəribə anlayışlar olmadığı Amerika demokratiyas canlı, nəfəs alan reallıqlardır. Bunu bizdən əvvəl gələnlərə, bu vətən üçün canlarını verənlərə borcluyuq. Biz bunu özümüzə borcluyuq. Biz bunu övladlarımıza və nəvələrimizə borcluyuq," Prezident Bayden deyib.