İsrail Hizbullahın Colan təpələrində uşaqlar və yeniyetmələrə qarşı törətdiyi son faciəli terror hücumuna Beyruta hədəfli raket zərbəsi ilə cavab verib. Uşaqlara hücuma görə məsuliyyət daşıyan Hizbullahın yüksək səviyyəli lideri Fuad Şukur öldürülüb.
BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı brifinqində ABŞ-ın Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndəsi Robert Vud aydın bəyanatla çıxış edib: “İsrailin Hizbullah və digər terrorçuların hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. İsrail iyulun 30-da Hizbullahın 28 iyulda Məcdəl Şəmsə 12 uşağın ölümü ilə nəticələnən hücumuna müstəqil şəkildə cavab verəndə məhz bunu edib. Şübhə yoxdur ki, Livanın Hizbullah tərəfindən idarə olunan bir hissəsindən edilən bu hücuma görə İran silahından istifadə edən Hizbullah məsuliyyət daşıyır”.
Səfir Vud deyib: “Hizbullah İranın dəstəyi ilə oktyabrın 8-dən bəri dəfələrlə İsrailə raket zərbələri endirib. Hizbullah regionda Qəzzadakı vəziyyətdən sülh və təhlükəsizliyi pozmaq üçün istifadə edən İranın dəstəklədiyi yeganə qrup deyi. İran həmçinin husilər, HƏMAS, Suriya və İraqda terror qruplarını silahlandırır və dəstəkləyir”.
Səfir Vud vurğulayıb ki, “daha geniş müharibəyə yol verməmək mümkündür, baxmayaraq ki, İranın və onun regiondakı terror müvəkkilləri və tərəfdaşları şəbəkəsinin fürsətçi hücumları bizi dəfələrlə regional münaqişəyə yaxınlaşdırıb:
“Birləşmiş Ştatlar Qəzzada müharibəyə son qoymaq və regional gərginliyi azaltmaq üçün diplomatik səylərlə yol göstərməyə davam edəcək. Atəşkəs razılaşması Fələstin xalqının əzabını yüngülləşdirməyin və daha geniş sabitlik imkanlarının açılmasının ən etibarlı yoludur. Biz inanırıq ki, diplomatik həll üçün hələ vaxt və məkan var” - deyə, Vud bildirib.
“Biz İrana birbaşa təsir göstərən Təhlükəsizlik Şurasının üzvlərini İsrailə və digər aktorlara qarşı proksi münaqişəsini gücləndirməyi dayandırmaq üçün təzyiqi artırmağa çağırırıq. Həqiqətən də, şuranın hər bir üzvü İranı terrorçu qrupları silahlandırmaq, məsləhət vermək və maliyyələşdirməyi dayandırmağa, regional sülh və təhlükəsizliyi təhdid edən tərəfdaşların hərəkətlərini cilovlamağa çağırmalıdır. “Bu təhlükəli anda regionda gərginliyi azaltmaq üçün birlikdə işləməyimiz vacibdir” , Vud əlavə edib.