ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, Böyük Britaniya və Avropa İttifaqı ilə birlikdə noyabrın 6-da birgə bəyanat yayaraq, Şimali Koreya (KXDR) qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Bəyanatda qeyd edilib ki, KXDR-in Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini birbaşa dəstəkləməsi “münaqişənin təhlükəli şəkildə genişlənməsi, Avropa və Hind-Sakit okeanı bölgəsində sülh və təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq. Bu, beynəlxalq hüququn, o cümlədən BMT nizamnaməsinin ən əsas prinsiplərinin bir daha pozulmasıdır.”
Şimali Koreya ordusunun Rusiyanın şərqində təxminən 10 000 əsgəri olduğu bildirilir, onların əksəriyyəti hazırda Kursk vilayətindədir. Ukrayna və KXDR qüvvələri arasında Kurskda toqquşmalari barədə məlumatlar var.
ABŞ-ın Müdafiə Naziri Lloyd Austin bildirib ki, “bu, Rusiyanın son bir əsrdə öz torpağında xarici qoşunları qəbul etdiyi ilk haldır.” O, qeyd edib ki, “Putinin qüvvələri ciddi itkilər verib.”
“Son aylar Ukrayna qüvvələri gündə 1200-dən çox Rusiya itkilərinə səbəb olub. Bu, Putinin müharibəsi dövrünün ən yüksək göstəricisidir. Şimali Koreyaya insan gücü üçün müraciət etməklə Putin dünyaya zəifliyinin açıq bir göstəricisini nümayiş etdirir. Kremlın Şimali Koreya ilə strategiyası, Putinin müharibəsinin nə qədər pis getdiyini və nə qədər çətinlikdə olduğunu bir daha vurğulayır”.
Son mətbuat brifinqində Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder “ [KXDR] qüvvələrinin Rusiya əməliyyatlarına necə inteqrasiya ediləcəyi və necə döyüş meydanına göndəriləcəyinivaxt göstərəcək” deyib.
“Beləliklə, bu qüvvələrin Rusiyanın yaşadığı kütləvi itkilərin yerini doldurmaq məqsədilə gəlməsi ehtimalı yüksəkdir, mən bunu ədalətli bir qiymətləndirmə hesab edərdim və əminəm ki, mən Şimali Koreya əsgəri olmaq istəməzdim. ...Ukraynalılar döyüş təcrübəsinə malik veteranlardır və döyüşməyi bacarırlar. Buna görə də, bütün göstərişlər ondan ibarətdir ki, onlar Ukrayna suverenliyini müdafiə etməyə və Kurskda tutduqları ərazini qorumağa davam edəcəklər.”
General Mayor Ryder vurğulayıb ki, ABŞ hələ də “müttəfiqlərimiz və tərəfdaşlarımızla çox sıx məsləhətləşmələr aparır. Həmçinin Ukrayna və 50-dən çox ölkə ilə birlikdə Ukraynanın suverenliyini müdafiə etmək üçün təhlükəsizlik yardımını sürətləndirmək üzərində çalışırıq”.