Accessibility links

Breaking News

Girovlar azad edilməyincə atəşkəs ola bilməz


Vətəndaşlar 7 oktyabrda öldürülmüş və ya girov götürülmüş adamların şəkillərinin yanı ilə keçirlər. Tel Əviv, İsrail.
Vətəndaşlar 7 oktyabrda öldürülmüş və ya girov götürülmüş adamların şəkillərinin yanı ilə keçirlər. Tel Əviv, İsrail.

Birləşmiş Ştatlar HƏMAS-ın girovlar azad edilməyincə İsrail və HƏMAS arasındakı müharibədə qeyd-şərtsiz atəşkəsi dəstəkləməyəcəyini dəfələrlə açıqlayıb.

ABŞ səfiri Robert Vud “Bu iki təcili məqsəd bir-biri ilə sıx bağlıdır” deyib. Birləşmiş Millətlər Təşkilatında Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndə bildirib: “HƏMAS-ın əlində hələ də yeddi Amerika vətəndaşı var. Biz onları unutmayacağıq. Biz də öz tərəfimizdən Qəzzada fələstinlilərə sülh, təhlükəsizlik və azadlıq gətirən diplomatik həll yolunu davam etdirəcəyik. ABŞ regiondakı tərəfdaşları ilə birlikdə belə bir razılaşma əldə etmək üçün yorulmadan çalışıb. Amma biz hələ orada deyilik. Niyə? Çünki HƏMAS razılaşdırıldıqdan sonra razılaşmadan imtina edib.Atəşkəs və girov müqaviləsi yolunu kəsən İsrail deyil, HƏMAS-dır.

İsrail girovlardan bir neçəsinin azad edilməsi müqabilində müvəqqəti atəşkəsə hazır olduğunu bildirib. Və sonr, hər bir girovu evinə qaytarmaq üçün bunun üzərində qurur.

Səfir Vud deyib ki, BMT Təhlükəsizlik Şurasının istənilən qətnaməsi HƏMAS-ı 7 oktyabr terror hücumuna görə qınamalıdır:

“O gündən 13 aydan çox müddət ərzində [Təhlükəsizlik] Şurasının bəzi üzvlərinin bu münaqişəni qızışdıran HƏMAS olduğunu etiraf etməkdən imtina etməsi anlaşılmazdır. Milyonlarla mülki fələstinlini acınacaqlı vəziyyətə salan və bölgəni daha geniş müharibənin uçurumuna gətirən HƏMASdır”- deyə, səfir bildirib.

Amerika diplomatiyası Qəzzada və onun hər yerində daha çox yardım üçün təzyiq göstərməyə davam edəcək, bu isə yerdəki şəraitin yaxşılaşdırılması üçün təcili addımların atılmasını tələb edir.

Səfir Vud təkrarlayıb ki, Birləşmiş Ştatlar “bu müharibə başlayandan bəri çox aydın mövqe tutub, yəni İsrailin yəhudilərin ən ağır qırğını Holokostdan sonra özünü müdafiə etmək hüququ var”.

Eyni zamanda, Birləşmiş Ştatlar Qəzzada humanitar şəraitin yaxşılaşdırılması üçün digər ölkələrdən daha çox işlər görüb.

“Bizim bu müharibəni münaqişədən sonrakı dövrdə Qəzzada idarəetməni, təhlükəsizliyi və yenidən qurulmasını təmin edən və istəmədikləri müharibənin ortasında qalan mülki vətəndaşların ləyaqətini bərpa edəcək şəkildə sona çatdırmağımız çox vacibdir. Gəlin, HƏMAS-ın oktyabrın 7-dən bəri çoxsaylı qurbanlarının iztirab və səfalətinə davamlı şəkildə son qoymaq üçün çalışaq", səfir Vud deyib.

XS
SM
MD
LG