Accessibility links

Breaking News

QİÇS-lə Mübarizə Günü - 2024


1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən QİÇS pandemiyasına qarşı maarifləndirmə, xəstəlikdən və ya onun nəticəsində dünyasını dəyişənlərin anım məqsədilə qeyd edilir.

Bu ilin mövzusu “Doğru yolu seç. Mənim sağlamlığım, mənim haqqım”dır. Bu, hər kəsin ehtiyac duyduğu səhiyyə xidmətlərindən, o cümlədən HİVn-in qarşısının alınması, müalicəsi və qayğıya ehtiyacı olduğu vaxt və yerdə xidmətlərdən istifadə etmək hüququna malik olduğunu xatırladır. Bu hüquq İİV (İnsan immunçatışmazlığı virusu) statusundan, mənşəyindən, etnik mənsubiyyətindən, cinsindən və harada yaşamasından asılı olmayaraq hər kəsə şamil edilməlidir.

İİV öz qurbanlarının immun sistemini zəiflətməklə öldürür. Ümumdünya QİÇS-lə Mübarizə Günü ilk dəfə 36 il əvvəl qeyd olunanda İİV/QİÇS diaqnozu ölüm hökmü və xəstənin gözlənilən ömrü iki il idi. Bununla belə, bu gün biz yaxın gələcəkdə QİÇS-dən azad nəslə nail olmaq ərəfəsindəyik. Qarşısının alınması və müalicəsində böyük irəliləyişlərə baxmayaraq, təcrid olunmuş populyasiyalar İİV-yə yoluxma riski altındadır.

Bu qruplara mənsub olan fərdlər tez-tez stiqma, ayrı-seçkilik və zorakılığa məruz qalırlar və bəzən seks işçiləri və ya kişi ilə cinsi əlaqədə olan kişilər kimi bəzi marjinal qruplara yönəlmiş qanunlarla üzləşə bilərlər.

Lakin İİV/QİÇS-in ictimai sağlamlıq üçün təhlükə kimi aradan qaldırılması bu və digər qrupların unikal ehtiyaclarını həll etmədən mümkün deyil.

“ABŞ Prezidentinin QİÇS-ə qarşı Fövqəladə Yardım Planı (PEPFAR) fəaliyyət göstərir. 2003-cü ildə yaradıldığı gündən bəri bu proqram uğurla yoluxma hallarını azaldıb, testləri genişləndirib və son iki onillikdə təxminən 50 tərəfdaş ölkədə 25 milyondan çox həyat xilas edib.

"PEPFAR hər QİÇS yoluxmasının qarşısını alacağı, hər bir insanın müalicəyə çıxışı olacağı və hər bir nəsilin İİV ətrafında çox tez-tez yaranan stiqmadan azad yaşaya biləcəyi bir gələcək qurmağa diqqət yetirir" - deyə, Prezident Co Bayden yazılı bəyanatında bildirib.

"İİV yoluxmasının aradan qaldırılmasına çox yaxınlaşmışıq. Elmimiz var. Müalicə üsularımız var. Ən əsası isə biz bir-birimizə sahibik. Bu xəstəlikdən əzizlərini itirmiş bütün ailələri və hazırda İİV/QİÇS ilə yaşayan hər bir insanı hörmətlə yad edək. İİV/QİÇS epidemiyasına qarşı mübarizəni heç vaxt dayandırmayan fəallar, alimlər, həkimlər və qayğı göstərənlərə minnətdarlığımızı bildirək. Gəlin, bu mübarizəni birgə başa çatdırmağa bir daha söz verək", o əlavə edib.

XS
SM
MD
LG