Accessibility links

Breaking News

Cəsarətli insan hüquqları müdafiəçilərinə mükafat verilib


Birləşmiş Ştatlar insan hüquqlarının müdafiəsini siyasətində bir prioritetə çevirib. Dövlət katibi Antoni Blinken İnsan Hüquqları Müdafiəçisi Mükafatı mərasimində deyib ki, hər yerdə hər kəs fundamental insan hüquqlarına malikdir.

“Bu ona görədir ki, biz bilirik ki, insan hüquqlarına hörmət edilən dünya bizim maraqlarımıza tam uyğundur. Son dörd ilin vurğuladığı kimi, insan hüquqlarına hörmət edən ölkələr, ümumilikdə, daha sabit, daha təhlükəsiz, daha dincdir. Onlar daha etibarlı tərəfdaşlardır. Onlar bizim ortaq planetimizin daha yaxşı idarəçiləridir."

Bu il İnsan Hüquqları Mükafatı alanlar fundamental hüquqları müdafiə etmək üçün qeyri-adi risklər etməyə hazır olan cəsarətli şəxslərdir.

Onlardan biri Huana Alisia Ruizdir. Kolumbiyadakı vətəndaş müharibəsindən sonra, o, icmadakı başqa qadınlara qoşularaq, sağ qalanlara istismara məruz qalmalarından bəhs etmək və travmalarının öhdəsindən gəlmək üçün yorğan sırıdıqları bir layihə yardıb.

Qanada Ebenezer Pigah və onun təşkilatı minlərlə “LGBTQI+”nı qanunsuz cəzalar tətbiq edən qruplardan qaçmaq üçün lazım olan məlumatları təmin edən gündəlik virtual məlumatlar hazırlayıb, yaymağa başlayıb.

Meri Ann Abunda Filippindəki evini tərk edərək Küveytə gedib və orada bir evdə çalışmağa başlayıb, amma istismar və zorakılığa məruz qalıb. O, özü kimi başqa işçilərlə birləşərək, Küveytdə ev işçilərinin və digər miqrant işçilərin hüquqlarını müdafiə edən bir təşkilat yaradıb.

Azərbaycanda Rüfət Səfərov saxta məhkəmə prosesində rüşvətxorluqda ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. Azad edildikdən sonra o, insan haqlarını müdafiə etdiklərinə görə hədəf alınan insanlara kömək etmək üçün bir təşkilat qurub. Dövlət katibi Blinken bildirib ki, hökumət onu ABŞ-a gəlmək üçün viza almağa çalışdığı bir vaxt yenidən həbs edib.

“Azərbaycan hökuməti Rüfəti, habelə haqsız yerə həbs edilən bütün digər jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri və başqalarını azad etməli və dərhal azad etməlidir.”

Tulani Rudolf Maseko bütün həyatını Esvatinidə insan hüquqlarının inkişafına həsr edib. O, 21 yanvar 2023-cü ildə evində güllələnərək öldürülüb. Onun qətlinə görə heç kim məsuliyyətə cəlb edilməyib.

Bundan əlavə mükafat alanlar arasında Qırğızıstandan Aida Cumanazarova, Birmadan Mang Hre Lian və Boliviyadan Amparo Karvaxal var.

“Bugün mükafat alanalara, bütün dünyada insan hüquqları uğrunda mübarizə aparan hər kəsə deyirəm: Mən sizi nümunə olmağa davam etməyə çağırıram,” Dövlət katibi Blinken deyib.

XS
SM
MD
LG