Accessibility links

Breaking News

Əsəd rejiminin sonu Suriya üçün yeni başlanğıc deməkdir


Dekabrın 8-də Suriyanın diktatoru Bəşar əl-Əsəd və ailəsinin üsyançıların hücum edərək şəhəri ələ keçirdiyi vaxt Dəməşqi tərk etməsi ilə Əsəd ailəsinin 54 illik hakimiyyətinə son qoyuldu. Əsədin hakimiyyətinin süqutu və onun Rusiyaya qaçması Suriya xalqı üçün yeni bir ümid deməkdir.

"Bununla Suriyanın əzab çəkən xalqının daha yaxşı həyat qurması üçün tarixi bir fürsəti yaranıb. Birləşmiş Ştatlar onlara dünya miqyasında dəstək göstərməyə sadiqdir" - deyə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

"Keçən həftə Dövlət katibi Blinken və Aqaba Birləşmiş Əlaqə Qrupundakı tərəfdaşlarımız Suriya xalqına növbəti dövrü yazmasına kömək edəcək prinsipləri elan edib. Qətiyyətlə deyirəm ki, bu onların yazacağı bir hekayədir. Tərəfdaşlarımızla birlikdə insan hüquqlarına hörmət edən müstəqil və suveren Suriyanı dəstəkləmək üçün Suriya qrupları ilə işləyəcəyik " -deyə, səfir qeyd edib.

"Rejim devrilsə də, milyonlarla suriyalının fövqəladə humanitar ehtiyacları qalır. Buna görə də biz BMT agentlikləri və yardımla məşğul olan təşkilatlar üçün əlavə maliyyə dəstəyinə çağırış edirik", Linda Tomas-Qrinfild bildirib.

Relief Web bildirir ki, hazırda 6 milyon suriyalı qaçqın vəziyyətindədir və onlara qorunma və əsas xidmətlər lazımdır.

"Həqiqətən, bəzi suriyalı qaçqınlar və sığınacaq axtaranlar daha həssas vəziyyətdə ola bilərlər. Buna görə də bütün dövlətlər qaçqınlarla bağlı öhdəliklərinə əməl etməlidir", səfir vurğulayıb.

Əlavə olaraq, Suriya liderləri artıq öz xalqlarına qarşı təhlükə yaratmayacaq. Eyni zamanda, Suriya qonşuları ilə sülh şəraitində olmalıdır.

"Suriyanın keçid dövründə hər hansı yeni təhdid ortaya çıxarsa, Birləşmiş Ştatlar Suriyanın qonşuları - İordaniya, Livan, İraq, Türkiyə və İsrailə dəstəyini davam etdirəcək" - deyə, o əlavə edib.

Nəhayət, Suriya terrorçular üçün bir baza olmamalıdır.

"Bunun üçün Suriyanın şimalında təxminən 9000 İŞİD döyüşçüsünün saxlandığı həbsxanalar və məcburi köçkün düşərgələrinin təhlükəsizliyini təmin etmək vacibdir. Bu, həmçinin saxlanılan və didərgin düşən xarici vətəndaşların geri qaytarılmasını davam etdirməyi tələb edir" - deyə, səfir Tomas-Qreenfild qeyd edib.

"Çox uzun müddət Əsədin qəddar, repressiv taktikasının müvəffəq olacağı, onun hakimiyyətinin sarsılmaz olduğu düşünülə bilərdi. Xüsusilə, Rusiya Əsədin amansız rejimini hərtərəfli dəstəklədiyi halda. Amma Rusiya və Əsədin amansız kampaniyası nəticəsiz qaldı. Rejim devrildi. Və Suriya yeni bir başlanğıc üçün şansa sahibdir", Qrinfild vurğulayıb.

XS
SM
MD
LG