Qadın və qızların maarifləndirilməsi iqtisadi sıçrayış, yoxsulluq və bərabərsizliyin azaldılmasının ən güclü vasitələrdən biridir.
Təhsilli qadınlar daha çox pul qazanır. Onların övladları daha sağlam olmaqla yanaşı yaxşı yaxşı təhsil imkanına malik, qızlarının isə tez ərə getmə ehtimalı az olur. Təhsilli qızlar böyüyüb savadlı qadınlara çevrilir və bu, təkrarlanır.
Bir sözlə, təhsil qadınları və qızları dəyişiklik üçün güclü qüvvəyə çevirməyə kömək edir. Məhz buna görə də, qlobal Gender Bərabərliyi təşəbbüsünün bir hissəsi olaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) qızların təhsilə bərabər çıxışını təmin etmək üçün tərəfdaş ölkələrlə əməkdaşlıq edir.
Təkcə 2023-cü ildə USAID 69 ölkədə 18,7 milyondan çox qız və qadına təhsil yardımı çatdırıb və yarım milyondan çox qadın müəllimə təlim keçib.
USAID-in Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi üzrə Baş Koordinatoru Camill Bigio “USAID qızların arzuladıqları təhsili və arzuladıqları karyeraları davam etdirə bilmələri üçün bütün dünyada qızların təhsilinə sərmayə qoymağa sadiqdir” deyib.
Biz Malavinin kənd yerlərində yeniyetmə qızların orta məktəblərə çıxış əldə etməsinə kömək edirik. Biz Pakistanda orta məktəbi bitirmiş qızların ali təhsil almaq üçün təqaüd almasını təmin etməyə kömək edirik. Biz Somalidə işləyirik ki, orada münaqişənin təsirinə məruz qalmış məktəbdənkənar qızlar növbəti addımlarını dəstəkləmək və resurslara malik ola bilmələri üçün bacarıq təlimlərinə daxil olmaq imkanı əldə edirlər”- deyə, o qeyd edib.
Baş Koordinator bildirib ki, USAID qadınlara ali təhsil almaqda və peşəkar bacarıqlarını artırmaqda kömək etməklə daha yaxşı maaşlı işlərə çıxış əldə etmək üçün onlarla da işləyir.
“Biz bütün dünyada təqaüdlər veririk ki, qadınların təhsil proqramlarında iştirak etmək üçün maliyyə maneələri aradan qaldırılsın. Elmlərdə və kənd təsərrüfatında karyera qurmaqda maraqlı olan qadınlar üçün Afrika boyu təlim və mentorluq proqramları təqdim edirik ki, onlar öz ali təhsil tədqiqatlarında və erkən karyera imkanlarında davam edərkən mentorluq etmək imkanı əldə etsinlər. Biz qadınları dəstəkləyən və onlara nümunə göstərən qadın müəllimlərin və kurrikulumun olmasını təmin edirik ki, onlar görsünlər və arzuladıqları karyeralar əldə edə bilsinlər", Bigio deyib.