Prezident Donald Tramp İrana qarşı maksimum təzyiq kampaniyasını bərpa edən milli təhlükəsizlik memorandumu imzalayıb.
Memorandum ABŞ Maliyyə Nazirliyinə İrana qarşı “rejimin və onun terror müvəkkillərinin gəlir əldə etməsinə yol verməyən sərt və davamlı sanksiyalar tətbiqi kampaniyası həyata keçirməyə” göstəriş edir.
Dövlət Departamentinə “İranın neft ixracını sıfıra endirmək üçün maliyyə naziri və digər müvafiq icra strukturları və agentlikləri ilə koordinasiyalı şəkildə güclü və davamlı kampaniya aparmaq” tapşırılıb.
Prezident Tramp jurnalistlərə bildirib ki, memorandumu imzalamaqdan "parçalanıb".
“Bu, İrana qarşı çox sərt tədbirdir. Əvvəllər sahib olduğumuz şeydir. Ümid edirəm ki, ondan çox istifadə etməyəcəyik. İranla razılaşma əldə edib-etməyəcəyimizi görəcəyik. Hamı birlikdə yaşaya bilər. Və bəlkə də bu mümkündür və bəlkə də mümkün deyil. Beləliklə, mən bunu imzalayıram və bunu etməkdən məmnun deyiləm. Ancaq həqiqətən çox seçimim yoxdur, çünki güclü və möhkəm olmalıyıq".
Prezident Tramp nəyin müzakirə oluna bilməyəcəyini açıqlayıb: “Mənim üçün bu, çox sadədir: İranın nüvə silahı ola bilməz”.
Daha sonra brifinqdə prezident Tramp birinci müddətində İrana qarşı maksimum təzyiq kampaniyasını həyata keçirərkən əldə etdiyi faydalardan danışıb: “İran neft sata bilmədi. HƏMAS maliyyələşdirilmirdi. Hizbullah maliyyələşdirilmirdi. Heç kim maliyyələşdirilmirdi”.
Prezident Tramp İranda "çox diqqətlə dinlədiklərini"deyən şəxslərə birbaşa müraciət edib: “Mən çox istərdim ki, həyatınızı davam etdirə biləcəyiniz və gözəl işlər görəcəyiniz bir razılaşma əldə edə bildim. Möhtəşəm olardı. İnanılmaz insanlar. İranda çalışqan, gözəl, sadəcə inanılmaz bir qrup insan var”.
“Mən həqiqətən sülh istəyirəm. Və ümid edirəm ki, biz bunu bacaracağıq”, - deyə prezident Tramp bildirib.
Lakin o əlavə edib: “Onların nüvə silahı ola bilməz. Əgər indicə dediyim şeylərə baxmayaraq, onların nüvə silahına sahib olacağını düşünürəmsə, bu, onlar üçün çox uğursuluq olacaq. Digər tərəfdən, onlar bizi inandıra bilsələr ki, etməyəcəklər və ümid edirəm ki, bacaracaqlar... Düşünürəm ki, onların inanılmaz gələcəyi olacaq”.