Accessibility links

Breaking News

Prezidentlər Günü 2025


Rəsmdə Corc Vaşinqtonun 30 aprel 1789-cu ildə inauqurasiya günü Nyu Yorka gəldiyi göstərilir.
Rəsmdə Corc Vaşinqtonun 30 aprel 1789-cu ildə inauqurasiya günü Nyu Yorka gəldiyi göstərilir.

Fevralın üçüncü bazar ertəsi ABŞ-da Prezidentlər Günüdür. Bu, əvvəlcə ölkənin ilk prezidenti Corc Vaşinqtonun şərəfinə nəzərdə tutulmuşdu, 1968-ci ildən bu bayram həm də Abraham Linkolnu şərəfləndirir. Bu gün bu bayram bütün ölkə prezidentlərinin tanınması kimi xidmət edir.

Ənənənin təməli Corc Vaşinqtonun 22 fevral doğum gününü qeyd etmək üçün qoyulmuşdu. Dövrünün hər hansı digər şəxsiyyətindən daha çox Vaşinqton gələcək Birləşmiş Ştatları inqilabi müharibə və onun nəticələri, ölkənin müstəmləkəçilik başlanğıclarına son qoyan və onu təmsilçi demokratiya kimi yeni yola çıxaran altı illik münaqişə vasitəsilə istiqamətləndirmişdi.

Vaşinqtonu tez-tez Ölkənin Atası adlandırırlar və təkcə uğurlu hərbi lider olduğuna görə deyil. Həqiqətən də onun müharibədən sonrakı mülki həyatdakı hərəkətləri ölkənin ən yüksək vəzifəsində onu izləyənlərin hamısı üçün presedent yaratmışdı.

O, ölkə üçün sağlam maliyyə bazası yaratmışdı və gənc Amerika Birləşmiş Ştatlarına tez bir zamanda sabit, demokratik və qanuni hökumətin qurulmasına gətirib çıxararaq, ilkin sınaqlarından keçirdi. İki dördillik müddətdən sonra könüllü olaraq vəzifəsini tərk etməklə və onun yerinə seçilən liderə hakimiyyətin dinc yolla ötürülməsini təmin etməklə Corc Vaşinqton bütün gələcək prezidentlər üçün mühüm presedent yaratmışdı.

Əgər Vaşinqtonun rəhbərliyi olmasaydı, ABŞ-ın indiki ölkəyə çevrilməsi mümkün olmazdı. Doğum günü fevralın 12-nə təsadüf edən Abraham Linkoln da asanlıqla ölkənin parçalanmasına səbəb ola biləcək Vətəndaş Müharibəsində ABŞ-a rəhbərlik etmişdi. Lakin Linkolnun şimal ştatlarda ictimai rəyi birləşdirmək və köləliyin ləğv edilməsi zərurəti ətrafında siyasi konsensus əldə etmək bacarığı separatçı ştatların məğlubiyyəti ilə nəticələnmişdi və nəticədə ölkəni heç vaxt olmadığı qədər birləşdirmişdi.

Vətəndaş Müharibəsindən əvvəl Birləşmiş Ştatlar məhz belə idi: nisbətən zəif mərkəzi hökumət altında birləşən güclü siyasi qurumlar toplusu. Dörd illik qanlı döyüşlərdən çıxan ölkə güclü mərkəzi hökumət altında birləşmişdi.

Corc Vaşinqton və Abraham Linkoln güclü hökumət altında birləşmiş xalqın əvəzsiz ehtiyacını dərk edən müharibə dövrünün liderləri idilər.

Birləşmiş Ştatların bir sıra görkəmli liderləri olub və açığı onların bir qismi istənilən səviyyədə olmayıb. Lakin onların heç biri Corc Vaşinqton və Abraham Linkolnun təsirinə malik olmayıb.

Bu gün biz onların xatirəsini anırıq və o vaxtdan bəri əsrlər boyu onların irsini qoruyub saxlayanları ehtiramla yad edirik.

XS
SM
MD
LG