“İranın transmilli cinayət təşkilatlarından və narkotik alverçilərindən utanmaz şəkildə istifadə etməsi rejimin məqsədlərinə nail olmaq üçün hər cür vasitəyə əl atdığını göstərir,” - ABŞ-ın Xəzinədarlıq Katibi Skott Bessent bildirib.
ABŞ-ın son iki addımı, İran hökumətinin ölümcül və sabitliyi pozan fəaliyyətlərini həyata keçirmək imkanlarını pozmaq, zəiflətmək və qarşısını almaq Prezidentin Milli Təhlükəsizlik Memorandumu Nömrə 2-ni həyata keçirmək məqsədinə yönəlib. Bu addımlar, Prezident Donald Trampın İran rejiminə qarşı maksimum təzyiq kampaniyasının bir hissəsidir.
Martın 8-də ABŞ, İraqın İran elektrik enerjisini ABŞ sanksiyalarına məruz qalmadan almağa imkan verən sanksiya güzəştinin müddətini yeniləməkdən imtina etdi. İki gün əvvəl, ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brüs brifinqdə bildirib ki, “Biz İrana iqtisadi və ya maliyyə baxımından hər hansı bir güzəşt təmin edən bütün mövcud sanksiya güzəştlərini nəzərdən keçiririk. Eyni zamanda, İraq hökumətini İran enerji mənbələrindən asılılığını mümkün qədər tez aradan qaldırmağa çağırırıq və İraq baş nazirinin enerji müstəqilliyinə nail olmaq öhdəliyini alqışlayırıq.”
Sanksiya güzəştlərinin tənqidçiləri iddia edirlər ki, bu güzəştlər İrana böyük məbləğdə vəsait əldə etmək imkanı yaradıb, bu da İranın proksi qruplarını maliyyələşdirməsinə, həmçinin ballistik raket və nüvə proqramlarını inkişaf etdirməsinə şərait yaradıb.
Martın 12-də ABŞ Xəzinədarlıq Departamenti Foxtrot Şəbəkəsinə və onun lideri Rava Macidə qarşı sanksiyalar elan etdi. Əsasən İsveçdə yerləşən Foxtrot Şəbəkəsi, Xəzinədarlığın məlumatına görə, “İsveçdə yerləşən ən nüfuzlu cinayətkar qruplaşmalardan biridir və silahlı hücumlar, muzdlu qətllər, hücumlar və digər zorakılıq əməlləri törətmişdir. Bu qrup, eyni zamanda, bölgənin ən güclü narkotik ticarəti təşkilatlarından biridir… 2024-cü ilin yanvarında Foxtrot Şəbəkəsi İsveçin Stokholm şəhərindəki İsrail səfirliyinə İranın adından hücum təşkil edib. Qrupu idarə edən Rava Macid, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə xüsusi əməkdaşlıq edib.” ABŞ, İranın ən qorxulu qurumlarından biri olan İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyini müxtəlif sanksiya qanunlarına əsasən cəzalandırıb.
“İranın transmilli cinayət təşkilatlarından və narkotik alverçilərindən utanmaz şəkildə istifadə etməsi, rejimin məqsədlərinə nail olmaq üçün hər cür vasitədən istifadə etməyə hazır olduğunu göstərir, Avropa boyunca icmaların məruz qaldığı təhlükəni nəzərə almadan,” – deyə ABŞ Xəzinədarlıq Katibi Skott Bessent bəyan edib. “Xəzinədarlıq, ABŞ hökuməti və beynəlxalq tərəfdaşlarımızla birlikdə İranın quldur və sabitliyi pozan gündəmini irəli aparmağa çalışanları məsuliyyətə cəlb etməyə davam edəcək.”