BMT-nin baş katibi Antonio Quterreş Portuqaliyanın paytaxtı Lissabonda Birləşmiş Millətlər Təşkilatının Okean Konfransının açılış çıxışında dünya okeanının pis vəziyyətdə olduğunu elan edib. “Biz okeana laqeyd yanaşmışıq və bu gün mən deyərdim ki, biz okeanda fövqəladə vəziyyətlə üzləşirik,” o deyib.
Prezidentin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri bununla razıdır və deyir ki, “İndi okeanımız üçün kritik bir andır.”
Statistikalar da bunu dəstəkləyir. Okean hər il insan fəaliyyəti səbəbilə atmosferə buraxılan karbon dioksidin təxminən 30 faizini udur və bu da okeanın turşulanmasına səbəb olur. 2050-ci ilə qədər okeanda çəki etibarilə balıqdan çox plastik ola bilər. Balıq ehtiyatlarının üçdə birindən çoxu ovlanır və ölkə yurisdiksiyalarından kənarda yerləşən açıq suların yalnız 1,2 faizi qorunur.
“Həyatlar risk altındadnır. Bizim okeanımız udduğumuz havadan tutmuş yediyimiz yeməyə qədər həyatımızın hər bir aspektinə təsir edir,” katib Kerri deyib.
“Biz dərk etməliyik ki, okeanla bağlı müzakirələrin heç biri əslində təkcə okeanla əlaqəli deyil. Onlar iqlimlə əlaqəlidir. ”
“Okeanı iqlim dəyişikliyindən ayırmaq olmaz, və iqlim dəyişikliyi okean üçün həll yolları olmadan həll edilə bilməz. Zərərli emissiyalar okeanımızı daha isti, daha turşulu, daha az məhsuldar edir, dəniz səviyyəsini artırır. Biz okean böhranını emissiya problemini həll etmədən həll edə bilmərik.”
“Eyni zamanda isə, okean iqlimlə bağlı həll yollarının mənbəyidir,” Kerri bildirib. “Biz karbonu saxlayan sahil və dəniz ekosistemlərini qorumalı, sahil xətlərimizi qorumalı və dənizdə qorunan ərazilərin idarəsini gücləndirməliyik.”
“İkincis,i biz ölkələrin yurisdiksiyalarından kənarda biomüxtəlifliyin qorunması və davamlı istifadəsi üçün iddialı və effektiv sazişi yekunlaşdırırıq – bu saziş ilk dəfə olaraq açıq dənizlərdə qorunan ərazilərinin yaradılması üçün əlaqələndirilmiş yanaşma yaradacaq.”
“Üçüncüsü, biz qanunsuz, məlumatsız və tənzimlənməmiş balıq ovuna son qoymalıyıq,” cənab Kerri bildirib. “Bu cür balıqçılıq okeanlarımıza ziyan vurur, dəniz təhlükəsizliyin xələl gətirir və qanuna əməl edən balıqçılar və icmaları təhlükəyə atır.”
Nəhayət, “Bu, plastik çirklənmə ilə bağlı hər səviyyədə razılaşma əldə etdiyimiz an olmalıdır.”
“BMT-nin qlobal və hüquqi cəhətdən məcburi bir razılaşma üzrə çoxtərəfli danışıqlara başlamaq mandatı alqışlanır.”
Cənab Kerri deyib ki, bu, BMT sisteminin ən yüksək prioritetlərindən biri olmalıdır.
“Bu problemlərin hər biri insanlar tərəfindən yaranıb və onları həll etmək iradə gücünə bağlıdır,” Kerri deyib. “Biz bu mübarizədə qalib gələ bilərik. ”