Accessibility links

Breaking News

Yarım milyard vaksin ianə edilib


Prezident Bayden dünyanı 1.2 milyard COVID-19 vaksini ilə təmin etməyi vəd edib. Martın 17-də Birləşmiş Ştatlar COVID-19-a qarşı qlobal mübarizədə mühüm nöqtəyə çatıb. “Birləşmiş Ştatlar COVAX-la əməkdaşlıq edərək dünya boyu 110-dan çox ölkə və iqtisadiyyatına 500 milyondan çox vaksin ianə edib,” Qlobal COVID-19-la Mübarizə və Sağlamlıq Təhlükəsizliyinin koordinator vəzifəsini icra edən Mari Bet Qudman bildirib.

“Bu, 120-dən çox ölkəyə təxminən 20 milyar dollar dəyərində COVID-19-la əlaqədar səhiyyə, humanitar, iqtisadi və inkişaf yardımına, o cümlədən təcili sağlamlıq ehtiyaclarının qarşılanması üçün təcili dəstək və peyvənd əldə etmək imkanlarını genişləndirmək üçün texniki yardıma əlavədir.”

Proqramın uğuru dünya boyu yüzlərlə tərəfdaş arasında misli görünməmiş əməkdaşlıq və koordinasiyanın nəticəsidir.

“Biz vaksinləri çatdırmaq, peyvəndləri vurmaq, test və müalicələri artırmaq, səhiyyə işçilərini qorumaq və dəstəkləmək üçün hökumətlər, beynəlxalq təşkilatlar, vaksin istehsalçıları, QHT-lər, özəl sektor və başqaları ilə və COVID-19 Qlobal Fəaliyyət Planı çərçivəsində yorulmadan işləyirik,” Dövlət katibi Antoni Blinken yazılı bəyanatında bildirib.

ABŞ Vaksinləri əldə edib, onları təhlükəsiz bir şəkildə xəstəxana və klinikalara çatdırmaq, insanlaara tətbiq etmək prosesində qlobal və regional təşkilatlarla, o cümlədən COVAX və Afrika Peyvən Alma Trastı ilə əməkdaşlıq edir və dünya boyu yerli liderlər və icma təşkilatları ilə işbirliyi edir. Yerli səviyyədə isə Dövlət Departamenti indiyədək spesifik regional COVID-19 problemlərini həll etmək üçün innovativ layihələri maliyyələşdirmək məqsədilə 100-dən çoc 10 min dollar dəyərində qrantlar verib.

Yanlış anlaşılmasın ki, “bu vaksinlər təhlükəsiz, effektivdir və pulsuz ianə olunub,” Qudman bildirib.

“Birləşmiş Ştatlar vaksinləri bir məqsədlə ianə edir – dünya boyu həyatları xilas etmək. Bu pandemiya bitməyib. Növbəti variantın, öncəki delta və digər variantlar kimi dünyaya təsir göstərməsinin qarşısını almaq üçün vaksin olmaq mühümdür.”

“Bu iş vacibdir, çünki pandemiya başa çatmayıb. Dünya boyu bir çox həyatlar hələ də risk altındadır, çünki ölkələr hələ də omikrona qarşı mübarizə aparır və biz də yeni variantların üzə çıxması ehtimalı ilə üzləşirik,” Dövlət katibi Blinken deyib.

“Birləşmiş Ştatlar həyatları xilas etmək və gələcək pandemiyalar hazırlaşmaq üçün hər səviyyədə tərəfdaşlar və icmalarla işləməyə davam edəcək.”

XS
SM
MD
LG